Dövlət DM-lərin idarəetmə orqanlarının strateji rəhbərlik, risk menecmentinə nəzarət və idarəetmənin monitorinqi funksiyalarını yerinə yetirmək üçün lazımi səlahiyyət, səriştələr və obyektivliyə malik olmasını təmin etməlidir. Onlar dürüstlüklə hərəkət etməli və dürüstlüyü təşviq etməli, öz hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar.
VI.A. DM-lərin idarəetmə orqanlarına müəssisənin fəaliyyəti üçün dəqiq səlahiyyət və son məsuliyyət verilməlidir. DM idarəetmə orqanlarının rolu və vəzifələri qanunvericilikdə, təklif olaraq, müəssisələr haqqında qanunvericiliyə uyğun olaraq aydın şəkildə müəyyən edilməlidir. Şura üzvləri tam məlumatlı əsasda, vicdanla, lazımi diqqət və qayğı ilə hərəkət etməli, steykholderlərin maraqlarını nəzərə alaraq müəssisənin və səhmdarların maraqlarına uyğun hərəkət etməlidirlər.
VI.B. DM idarəetmə orqanları səhmdarlar tərəfindən müəyyən edilmiş geniş mandatlar və gözləntilər əsasında korporativ strategiyanın nəzərdən keçirilməsi və istiqamətləndirilməsi, habelə idarəetməyə nəzarət funksiyalarını səmərəli şəkildə yerinə yetirməlidir. Onların BİD təyin etmək və vəzifədən azad etmək səlahiyyəti olmalıdır. Onlar rəhbər vəzifəli şəxslərin mükafatlandırma səviyyələrini müəssisənin və onun səhmdarlarının uzunmüddətli maraqlarına uyğunlaşdırmalıdırlar.
VI.C. DM şurasının tərkibi obyektiv və müstəqil mühakimə yürütməyə imkan verməlidir. Bütün şura üzvləri, o cümlədən hər hansı dövlət rəsmisi, müəssisənin fəaliyyət sahəsinə və biznes profilinə uyğun olan ixtisaslaşmalara əsasən irəli sürülməli və ya təyin edilməli, bərabər hüquqi məsuliyyət daşımalıdırlar.
VI.D. Şuralarda və şuranın ixtisaslaşmış komitələrində müvafiq sayda müstəqil şura üzvləri olmalıdır.
VI.E. Şuranın hər hansı üzvünün öz vəzifələrini obyektiv şəkildə yerinə yetirməsinə mane olan maraqların toqquşmasının qarşısını almaq və şura proseslərinə siyasi müdaxiləni məhdudlaşdırmaq üçün mexanizmlər tətbiq edilməlidir. DM-lərin iş şəraitinə maddi təsir göstərmək iqtidarında olan siyasətçilər onların şuralarında yer almamalıdırlar. Keçmiş belə şəxslərə əvvəlcədən müəyyən edilmiş "soyutma" müddətləri tətbiq edilməlidir. Dövlət qulluqçuları və digər dövlət rəsmiləri layiqlilik və maraqların toqquşması ilə bağlı tələblər irəli sürdükləri halda idarəetmə orqanları namizəd göstərilə və xidmət edə bilərlər.
VI.F. Qabaqcıl təcrübə sədrin müstəqil olmasını və BİD-dən ayrıca rola malik olmasını tələb edir. Sədr şuranın işinin səmərəliliyinə görə məsuliyyəti öz üzərinə götürməli və zərurət yarandıqda, digər şura üzvləri ilə razılaşdırmaqla dövlət mülkiyyət subyekti ilə əlaqə üçün əlaqələndirici kimi çıxış etməlidir.
VI.G. Şurada işçilərin təmsil olunması məcburi və ya geniş yayılmış haldırsa, bu təmsilçiliyin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək və şuranın bacarıqları, məlumatı və müstəqilliyinin artırılmasına töhfə vermək üçün mexanizmlər işlənib-hazırlanmalıdır.
VI.H. DM idarəetmə orqanları açıqlama, daxili nəzarət mexanizmləri və auditlə bağlı məsələlərə nəzarət etmək üçün tam şuraya öz funksiyalarını yerinə yetirməkdə dəstək olmaq məqsədilə müstəqil və ixtisaslı üzvlərdən ibarət ixtisaslaşmış komitələrin, xüsusilə audit komitəsinin və ya ekvivalent orqanın yaradılması məsələsini nəzərdən keçirməlidir. Mükafatlandırma, namizədlik, risk menecment və ya dayanıqlılıq kimi digər komitələr DM-nin ölçüsü, strukturu, mürəkkəbliyi və risk profilindən asılı olaraq şuraya dəstək verə bilər. Onların mandatı, tərkibi və iş prosedurları qəbul edilmiş qərarlara görə tam məsuliyyət daşıyan şura tərəfindən yaxşı müəyyən edilməli və açıqlanmalıdır. İxtisaslaşmış komitələrin yaradılması şura zalının səmərəliliyini artırmalı və tam şuranın məsuliyyətini azaltmamalıdır.
VI.I. DM idarəetmə orqanları sədrin nəzarəti altında onların fəaliyyətini və səmərəliliyini qiymətləndirmək üçün müntəzəm olaraq yaxşı strukturlaşdırılmış qiymətləndirmə aparmalı və müvafiq bilik və bacarıqların, o cümlədən gender ilə və müxtəlifliyin digər formaları ilə bağlı bilik və bacarıqların müvafiq birləşməsinə malik olub-olmadığını qiymətləndirməlidir.
VI.J. DM idarəetmə orqanları risk menecment sistemlərinə fəal şəkildə nəzarət etməlidir. Idarəetmə orqanları daxili nəzarət, siyasət və prosedurların aktuallığı və icrasını müəyyən etmək və saxlamaq məqsədilə bu sistemlərin yenidən qiymətləndirilməsini və DM-lərin şəraitinə uyğunlaşdırılmasını təmin etməlidir.