Dövlət mülkiyyətinin əsaslandırılmasına uyğun olaraq, DM-lər üçün hüquqi, tənzimləyici və siyasət bazası DM-lərin iqtisadi fəaliyyətlə məşğul olduqları hallarda bazarda bərabər şərait və ədalətli rəqabəti təmin etməlidir.
DM-lər iqtisadi fəaliyyətlə məşğul olduqda, ümumi olaraq razılaşdırılmışdır ki, bu fəaliyyətlər digər DM-lərə və ya özəl müəssisələrə nisbətən hər hansı üstünlük və ya çatışmazlıqlar olmadan həyata keçirilməlidir. Təcrübədə bərabər şəraitin necə əldə ediləcəyi ilə bağlı konsensus zəifdir (xüsusən də DM-lər qeyri-trivial ictimai siyasətin məqsədlərini yerinə yetirdikdə). Hüquqi, inzibati, vergi, borc və tənzimləyici neytrallığın təmin edilməsi kimi spesifik problemlərə əlavə olaraq, ictimai xidmət öhdəliklərinin dəyərinin müəyyən edilməsi və, mümkün olduqda, iqtisadi fəaliyyətin qeyri-iqtisadi fəaliyyətdən ayrılması da daxil olmaqla, bir sıra daha əhatəli məsələlər yaranır. Rəqabətli neytrallıq İƏİT-in Rəqabətli Neytrallıqla bağlı Təklifinə uyğun olaraq təmin edilməlidir. Daha bir problem DM-lərin tədricən beynəlmiləlləşməsi və onların bazarlarda və dəyər zəncirlərində iştirakıdır ki, bu da DM-lərin ayrı-seçkilik edən fəaliyyəti nəticəsində yarana biləcək mümkün təhriflərin qarşısını almaq və yumşaltmaq üçün əlavə həllər tələb edir.
III.A. Dövlətin mülkiyyət funksiyası ilə DM-lər üçün bazar şəraitinə təsir göstərə biləcək digər dövlət funksiyaları arasında, xüsusən də bazarın tənzimlənməsi və siyasətin müəyyən edilməsi ilə bağlı, aydın fərq olmalıdır.
Dövlət iqtisadi fəaliyyətlə siyasət qurucusu, bazar tənzimləyicisi və DM-lərin mülkiyyətçisi rolunu oynadıqda, həm də əsas bazar oyunçusu və arbitr olur. Bu, nə müəssisənin, nə dövlətin, nə də ictimaiyyətin maraqlarına uyğun olmayan maraqların toqquşması yarada bilər. Siyasətlərin hazırlanması, mülkiyyət və bazarın tənzimlənməsi üzrə vəzifələrin tam və şəffaf şəkildə ayrılması DM-lər və özəl şirkətlər üçün bərabər şərait yaratmaq və rəqabətin təhrif olunmasının qarşısını almaq üçün əsas şərtdir. O, həmçinin dövlətin qanunsuz təsirinin qarşısını almaq üçün vacibdir və buna görə də İƏİT-in Dövlət müəssisələrində korrupsiyaya qarşı mübarizə və dürüstlüklə bağlı DM Təlimatlarına dair Təklifində tərəfdarların tam yerinə yetirməli olduqları əsas təklifdir. Buraya siyasətin hazırlanması, bazarın və ya müvafiq sənayenin tənzimlənməsindən məsul olan hər hansı hökumət funksiyalarının müvafiq sənayedə DM-lər üzərində mülkiyyət məsuliyyəti daşıyan dövlət funksiyalarından ayrı olmasının təmin edilməsi aiddir. Digər mühüm hal DM-lərin dayanıqlı inkişafın irəliləyişi, makro-stabilləşdirmə və ya iqtisadi artım məqsədləri kimi konkret ictimai siyasətin məqsədləri üçün çatdırılma vasitələri kimi istifadə edilməsidir. Bu cür hallarda, mülkiyyət və siyasətin formalaşdırılması funksiyaları arasında ayrılığın olmaması DM Təlimatlarında vurğulanan bir sıra səbəblərə görə problem yaradır ki, bu da asanlıqla məqsədlərdə çaşqınlıq və dövlət qolları arasında maraqların toqquşması ilə nəticələnə bilər. İctimai siyasət ilə mülkiyyətin bir-birindən ayrılması müvafiq orqanlar arasında zəruri koordinasiyaya mane olmamalıdır. Bu, dövlətin mülkiyyətçi kimi müəyyənləşdirilməsini yaxşılaşdıracaq və məqsədlərin müəyyən edilməsində, fəaliyyətin monitorinqində və dayanıqlılığa dair siyasətin uyğunluğunun təmin edilməsində şəffaflığa üstünlük qazandıracaqdır.
Maraqların toqquşmasının qarşısını almaq üçün, həmçinin DM-lərdə müştərilər və ya əsas tədarükçülər ola biləcək dövlət idarəçiliyi daxilində olan hər hansı qurumdan mülkiyyət funksiyasını aydın və şəffaf şəkildə ayırmaq lazımdır. Ədalətli satınalma üçün həm hüquqi, həm də qeyri-hüquqi maneələr aradan qaldırılmalıdır. DM-lərlə bağlı müxtəlif dövlət rolları arasında effektiv ayrılma aparılarkın həm qəbul edilən, həm də real maraqların toqquşmaları nəzərə alınmalıdır.
III.B. Steykholderlər və digər maraqlı tərəflər, o cümlədən rəqiblər, hüquqlarının pozulduğunu hesab etdikdə, qərəzsiz hüquqi, mediasiya və ya arbitraj prosesləri vasitəsilə səmərəli bərp imkanlarına malik olmalıdırlar. DM-lərin hüquqi forması DM-lərə müflisləşmə prosedurlarına başlamaq və kreditorlara öz tələblərini irəli sürmək imkanı verməlidir.
DM-lər, eləcə də səhmdar kimi dövlət qanunu pozmaqda və ya müqavilə öhdəliklərinə hörmət etməməklə ittiham olunduqları halda, məhkəmələr vasitəsilə etirazlardan qorunmamalıdırlar. Steykholderlər və digər maraqlı tərəflər, o cümlədən rəqiblər səmərəli bərpa imkanlarına çıxışa malik olmalı, məhkəmələrdə və ya tribunallarda mülkiyyətçi kimi DM-lərə və dövlətə, yaxud da qarşılıqlı razılıq əsasında mübahisələrin alternativ həlli mexanizmlərinə (məsələn, arbitraj, mediasiya) etiraz edə bilməli, həmçinin belə hallarda onlara hüquq və məhkəmə sistemi tərəfindən ədalətli və bərabər davranılmalıdır. Onlar mübahisə predmeti olan DM üzərində mülkiyyət hüququndan istifadə edən dövlət səlahiyyətlərinin mənfi reaksiyasından qorxmadan bunu edə bilməlidirlər. DM-lər həmçinin müqayisə oluna bilən rəqabət aparan özəl müəssisələr üçün iflas və müflisləşmə qaydalarına tabe olmalıdır.
III.C. DM-lərin ictimai xidmət öhdəlikləri yerinə yetirdiyi hallarda, onlar şəffaf və xüsusi olaraq müəyyən edilməlidir ki, bu da xərclərin və gəlirlərin dəqiq hesablanmasına imkan verəcəkdir.
DM-lər ictimai xidmət öhdəliklərini yerinə yetirdikdə, bütün ictimai xidmət öhdəliklərini, onların əsaslandırılmasını, əhatə dairəsini və əlaqədar kompensasiya və ya üstünlükləri tam şəkildə açıqlamaq xüsusilə vacibdir. Bu fəaliyyətlərin struktur və ya mühasibat uçotu ilə ayrılması ictimai xidmət öhdəliklərinin dəqiq və şəffaf şəkildə müəyyən edilməsi, dəyərinin hesablanması və maliyyələşdirilməsi prosesini asanlaşdırmalıdır.
Xüsusilə:
III.C.1. Onların xərcləri və gəlirləri ilə bağlı yüksək şəffaflıq və məlumatların açıqlanması standartları qorunmalıdır.
İctimai xidmət öhdəlikləri şəffaf və xüsusi şəkildə müəyyən edilməli və açıqlanmalıdır. İdeal olaraq, müxtəlif fəaliyyətlərin ayrıca uçota alınması üçün mühasibat uçotu, funksional və ya korporativ ayrılma tətbiq edilməlidir. Bununla belə, nəzərə almaq lazımdır ki, ayrı-ayrı DM-lərin istehsal amillərindən, o cümlədən texnologiyalar, əsas avadanlıq və insan kapitalından asılı olaraq, strukturlara ayrılma heç də həmişə mümkün olmur, mümkün olduqda isə bəzən iqtisadi cəhətdən səmərəli olmur. Strukturlara ayrılmanın faydaları və xərcləri davranış tədbirlərinin fayda və xərclərinə münasibətdə diqqətlə tarazlaşdırılmalıdır.
İctimai xidmət öhdəlikləri digər iqtisadi fəaliyyətlərlə inteqrə olunduqda, onlar adətən xərc, aktiv və ya öhdəlikləri bölüşürlər. Bərabər şəraitin təmin edilməsi yüksək səviyyəli şəffaflıq və xərc strukturu ilə bağlı məlumatların açıqlanması tələb edir. Bu məqam DM-lərin dövlət subsidiyalarına və ya digər güzəştli rejimə məruz qaldığı hallarda daha da vurğulanır. İctimai xidmət öhdəlikləri və digər fəaliyyət növləri arasında bazarı təhrif edən çarpaz subsidiyaların qarşısını almaq məqsədilə ictimai xidmət öhdəlikləri və (digər) iqtisadi fəaliyyətlərə uyğun gələn hesablar arasında xərc və aktivlərin ayrılması həyata keçirilməlidir.
III.C.2. İctimai xidmət öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xalis xərclər ayrıca maliyyələşdirilməli, mütənasib olmalı və kompensasiyanın çarpaz subsidiya üçün istifadə edilməməsi təmin edilməklə açıqlanmalıdır.
Özəl rəqiblərlə bərabər şərait təmin etmək üçün DM-lərə ictimai xidmət öhdəliklərinin yerinə yetirilməsi üçün adekvat kompensasiya ödənilməli, həm həddindən artıq kompensasiya, həm də həddindən az kompensasiyanın ödənilməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir. Bir tərəfdən, DM-lərə ictimai xidmət öhdəliklərinə görə həddindən artıq kompensasiya ödənilirsə, bu, həm onların daha az səmərəli olmasına gətirib çıxara, həm də onların rəqabətli fəaliyyətləri üçün effektiv subsidiyaya çevrilə bilər, beləliklə, özəl rəqiblərlə bərabər şərait pozula bilər. Digər tərəfdən, ictimai xidmət öhdəliyinə həddindən az kompensasiya müəssisənin iqtisadi effektivliyini təhlükə altına qoya və onu rəqiblərə nisbətən əlverişsiz vəziyyətə sala bilər.
Buna görə də, ictimai xidmət öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hər hansı xalis xərcin aydın şəkildə müəyyən edilməsi, açıqlanması və xüsusi hüquqi müddəalar əsasında və/və ya idarəetmə və ya xidmət müqavilələri kimi müqavilə mexanizmləri vasitəsilə adekvat şəkildə kompensasiya edilməsi vacibdir. Müvafiq maliyyələşdirmə tədbirləri də açıqlanmalıdır. Kompensasiya, bazarın təhrif olunmasının qarşısını alacaq şəkildə qurulmalıdır. Bu, xüsusilə müvafiq müəssisələr təsərrüfat fəaliyyəti ilə yanaşı, ictimai xidmət öhdəliklərini yerinə yetirdikdə belədir. DM-lərə verilən kompensasiyaların dəqiq müəyyən edilmiş ictimai xidmət öhdəliklərinin yerinə yetirilməsi üzrə xalis xərclərə uyğunlaşdırılması və hər hansı maliyyə və ya əməliyyat səmərəsizliyini kompensasiya etmək üçün istifadə edilməməsi vacibdir. Kompensasiya heç vaxt, o cümlədən digər bazarlarda, DM-lərin ictimai xidmət öhdəliklərindən başqa iqtisadi fəaliyyətinin maliyyələşdirilməsi və ya digər DM-lərin və ya özəl şirkətlərin çarpaz subsidiyalaşdırılması üçün istifadə edilməməlidir. İctimai xidmət öhdəliklərinin maliyyələşdirilməsi və yerinə yetirilməsi izlənilməli, ümumi fəaliyyətin monitorinqi sistemi vasitəsilə qiymətləndirilməli və vaxtaşırı nəzərdən keçirilməlidir. Müvafiq dövlət nəzarəti orqanları tərəfindən müstəqil nəzarətin yaradılması və ya saxlanılması və monitorinq ictimai xidmət öhdəlikləri üzrə maliyyələşdirmə tədbirlərinin aydın hədəflər və məqsədlər əsasında hesablanmasını, mütənasib, şəffaf və səmərəli çəkilmiş xərclərə, o cümlədən əsaslı xərclərə əsaslanmasını təmin etməlidir.
III.D. Bir qayda olaraq, DM-lər digər kommersiya müəssisələrinə subsidiya vermək və ya üstünlüklər vermək üçün istifadə edilməməlidir. DM-lər öz ictimai siyasətin məqsədlərinə uyğun olaraq dəstək tədbirlərini ayırmaq üçün istifadə olunursa, (i) dəstək tədbirlərinin qüvvədə olan rəqabət və ticarət qaydalarına uyğun olmasını; (ii) dəstək tədbirləri və onların maliyyələşdirilməsinin aydın şəkildə müəyyən edilməsini və ictimaiyyətə açıqlanmasını; və (iii) dəstək tədbirlərinin digər kommersiya təşkilatları üçün ədalətsiz zərərlərə səbəb olmamasını təmin etməyə diqqət yetirilməlidir.
DM-lər, bir qayda olaraq, kommersiya müəssisələrinə subsidiya vermək üçün istifadə edilməməli və hər hansı bu cür dəstək tədbirlərinin həm şəffaf, həm də ticarət və rəqabət öhdəliklərinə uyğun olmasını təmin etməlidir.
Bununla belə, ictimai xidmət öhdəlikəri DM-lərin digər kommersiya təşkilatlarına qrantlar, kreditlər və ya başqa üstünlüklər verməsinə gətirib çıxara bilər. Belə bir rolun DM-lərə həvalə edilib-edilməməsi ilə bağlı qərar, Qayda I.A-da qaldırılanlara oxşar mülahizələri, yəni uzunmüddətli dəyərin səmərəli və dayanıqlı şəkildə maksimuma çatdırılmasını nəzərə almalıdır. Hər hansı bu cür öhdəliklər hüquqi əsası olmayan və ya qeyri-mütənasib olan ədalətsiz çatışmazlıqlarla nəticələnməməlidir.
Narahatlığa səbəb ola biləcək üstünlüklərə güzəştli kreditlər, kredit zəmanətləri, kapitala və ya kapitala investisiya kimi subsidiyalar, o cümlədən enerji mənbələri, daşınmaz əmlak, informasiya texnologiyaları, infrastruktur və ya məlumat və informasiya resurslarına çıxış kimi təbii dəstək və ya bazardan aşağı qiymətləri misal göstərmək olar. DM-lər vasitəsilə dəstəyin göstərilməsi müvafiq qaydalara uyğun olmalıdır. Ictimai siyasətin məqsədlərini həyata keçirmək üçün DM-lər vasitəsilə verilən dəstək kommersiya bazarı olmayan və ya özəl sektorun təmin etmək istəmədiyi mal və xidmətlərin təmin edilməsini təmin etmək olarsa, rəqabət mühiti ilə bağlı narahatlıqlar, bir qayda olaraq, yaranmamalıdır. Rəqabətin faktiki və ya potensial olaraq mövcud olduğu bazarlara müdaxilə edərkən, bazarın səmərəliliyinə və onun iqtisadi xərclərinə təsirinin qiymətləndirilməsinə diqqət yetirilməlidir. Yuxarıda göstərilənlərə uyğun olaraq, ictimai siyasətin məqsədlərinə nail olmaq üçün verilən subsidiyalar və ya üstünlüklər aidiyyəti DM-lər tərəfindən də açıqlanmalıdır.
İstənilən dəstək tədbirinin mövcud qanunlar, qaydalar və beynəlxalq öhdəliklərə uyğun olmasını təmin etmək üçün səy göstərilməlidir. Müəssisələrə qrantlar, kreditlər və ya digər üstünlüklərin verilməsi beynəlxalq ticarət və investisiya qaydalarına zidd ola və rəqabətdə neytrallığa mane ola bilər.
III.E. Dövlət DM-ləri iqtisadi fəaliyyətlə məşğul olarkən qanunlar, qaydalar və bazar mexanizmlərinin tətbiqi və icrasından azad etməməli, DM-lərlə onların rəqibləri arasında yersiz ayrı-seçkiliyin qarşısını almaq üçün vergi, borc və tənzimləyici neytrallığı təmin etməlidir.
DM-lər iqtisadi fəaliyyətlə məşğul olduqda, qanun və ya praktikada özəl sektor şirkətlərinə tətbiq edilən bəzi qanun və qaydalardan (məsələn, vergi, inzibati, rəqabət və iflas qanunları, eləcə də zonalaşdırma qaydaları və tikinti məcəllələri) istisnalardan qaçınmaq lazımdır.
DM-lərə və onların özəl rəqiblərinə milli rejim və bazara çıxış qaydaları da daxil olmaqla, ümumilikdə bərabər rəftar edilməlidir. Buraya müvafiq olaraq Beynəlxalq İnvestisiya və Çoxmillətli Müəssisələr üzrə İƏİT Bəyannaməsi, Cari Görünməz Əməliyyatların Liberallaşdırılması üzrə İƏİT Kodeksi [OECD/LEGAL/0001] və Kapital Hərəkətlərinin Liberallaşdırılması üzrə İƏİT Kodeksi [OECD/LEGAL/0002] daxildir.
DM-lər dövlət mülkiyyətinə görə qeyri-qanuni üstünlüklərdən faydalandıqda (məsələn, güzəştli rejim və tənzimləyici izolyasiya, yumşaq büdcə məhdudiyyətləri və açıq və ya gizli dövlət zəmanətlərinə çıxış və bazardan aşağı maliyyələşdirmə), onlar həmçinin bazar-əsaslı mexanizmlərə (məsələn, karbon qiymətlərinin müəyyən edilməsi mexanizmləri və ya karbon emissiyalarının azaldılmasına yönəlmiş emissiya ticarəti sxemləri) daha zəif reaksiya verə bilərlər. Eyni şey, məsuliyyətli biznes davranışı standartlarına əməl edilmədikdə də baş verir ki, bu da rəqabətə təsir edə bilər.
III.F. DM-lərin iqtisadi fəaliyyəti bazara uyğun şərtlərlə, o cümlədə borc və kapital maliyyəsi ilə bağlı şərtlərlə üzləşməlidir.
DM-nin iqtisadi fəaliyyətinin maliyyələşdirilməsinin dövlət büdcəsindən, digər DM-lərdən və ya kommersiya bazarından əldə edilməsindən asılı olmayaraq, DM-lərin iqtisadi fəaliyyətinin, o cümlədən bütün malların və xidmətlərin alqı-satqısının və borc və kapital maliyyəsinə çıxış, onların verilməsi və alınmasının bazara uyğun şərtlərlə üzləşməsini təmin etmək üçün tədbirlər görülməlidir.
Xüsusilə:
III.F.1. DM-lərin bütün işgüzar əlaqələri, o cümlədən maliyyə institutları ilə olanlar sırf kommersiya əsaslarına əsaslanmalıdır.
Kreditorlar bəzən DM-lərin borcları üzrə gizli dövlət zəmanətinin olduğunu güman edirlər. Bu vəziyyət bir çox hallarda rəqabət mühitini pozaraq maliyyələşdirməyə daha geniş çıxışa imkanına və ya süni şəkildə aşağı maliyyələşdirmə xərclərinə səbəb olmuşdur. Üstəlik, dövlətə məxsus maliyyə institutları və ya dövlətə məxsus institusional investorların iqtisadi fəaliyyətlə məşğul olan DM-lərin əsas kreditorları sırasında olduğu ölkələrdə maraqların toqquşması üçün geniş imkanlar mövcuddur. Dövlətə məxsus maliyyə institutlarına və investorlara güvənmək DM-ləri bazar monitorinqinin və təzyiqinin mühüm mənbəyindən qoruya, bununla da onların stimullaşdırma strukturunu təhrif edə və həddindən artıq borclanmaya, resursların israf edilməsinə və bazarın təhrif olunmasına gətirib çıxara bilər.
Dövlətin və DM-lərin kreditorlarla bağlı müvafiq öhdəlikləri arasında aydın fərqin olması zəruridir. Maraqların toqquşmasını idarə etmək və DM-lərin dövlətə məxsus banklar, digər maliyyə institutları və institusional investorlar, eləcə də digər DM-lər ilə sırf kommersiya əsaslarına əsaslanan əlaqələri inkişaf etdirməsini təmin etmək üçün mexanizmlər işlənib-hazırlanmalıdır. Dövlətə məxsus banklar DM-lərə özəl şirkətlərlə eyni şərtlərlə kredit verməlidirlər. Bu mexanizmlərə həmçinin dövlətə məxsus bankların şuralarında oturan DM şura üzvlərinə məhdudiyyətlər və diqqətli yoxlama da aid edilə bilər.
Dövlət DM-lərə öz kapitalı ilə təmin edə bilməməsini kompensasiya etmək üçün səmərəli zəmanət verdikdə əlavə problemlər yarana bilər. Ümumi prinsip olaraq, dövlət DM-nin öhdəlikləri ilə bağlı avtomatik zəmanət verməməlidir. Dövlət zəmanətlərinin açıqlanması və ödənilməsi ilə bağlı ədalətli təcrübələr də işləyib-hazırlanmalı və DM-lər kapital bazarlarından maliyyə axtarmağa təşviq edilməlidir. Kommersiya kreditorlarına münasibətdə və gizli dövlət zəmanətləri məsələsini həll etmək məqsədilə dövlət bütün bazar iştirakçılarına DM-lərdən yaranan borcları dəstəkləmədiyini bildirməli və ya fövqəladə hal və ya böhran zamanı genişləndirə biləcəyi hər hansı tədbiri şəffaf etməlidir. O, həmçinin oxşar hallarda özəl şirkətlərə nisbətən daha az maliyyələşdirmə xərclərindən faydalanan DM-lərdən milli xəzinəyə kompensasiya ödənişləri şərtinin qoyulması mexanizmlərini də nəzərdən keçirməlidir.
DM-nin digər biznes tərəfdaşları ilə, o cümlədən digər DM-lər ilə münasibəti hərtərəfli olmalı və kommersiya mülahizələrinə əsaslanmalı, habelə heç bir halda digər DM-lərin və ya özəl müəssisələrin çarpaz subsidiyalaşdırılmasına bərabər olmamalıdır.
III.F.2. DM-lərin iqtisadi fəaliyyəti özəl rəqiblər üzərində güzəştli borc və ya kapitalın maliyyələşdirilməsi, zəmanətlər, yüngül vergi rejimi və ya güzəştli ticarət kreditləri kimi üstünlük yaradan hər hansı birbaşa və ya dolayı maliyyə dəstəyindən faydalanmamalı və ya onu təmin etməməlidir.
DM-lər bərabər şəraiti təmin etmək üçün oxşar şəraitdə özəl rəqiblər kimi bərabər və ya ekvivalent maliyyələşdirmə və vergi rejiminə tabe olmalıdırlar. DM-lərin vergi borclarını artırmaq və ya vergi qaydalarının yumşaq icrasına məruz qalmaq üçün "hökumətə yaxın" statusundan faydalana biləcəyinə dair heç bir gözlənti olmamalıdır.
DM-lər, bir qayda olaraq, ticarət kreditləri və ya bazardan aşağı kapital infuziyaları kimi digər DM-lərin və ya dövlətin "bazardan kənar" maliyyələşdirmə tədbirlərindən faydalanmamalıdırlar. Bu cür tədbirlər, müntəzəm korporativ təcrübələrə tam uyğun gəlmədiyi halda, güzəştli maliyyələşdirməyə bərabərdir. Dövlət DM-lərarası əməliyyatların sırf kommersiya şərtləri əsasında həyata keçirilməsini təmin etmək üçün tədbir görməlidir. Dövlət bundan sonra bazar şərtlərinə uyğun olmayan üstünlüklər verməməli olan dövlətə məxsus maliyyə institutlarına mülkiyyət praktikasına diqqət yetirməlidir. Məsələn, dövlətə məxsus maliyyə institutları bazardan aşağı kredit və ya maliyyələşdirmə verməməlidir. Üstəlik, dövlət investisiya fondlarından yaranan dövlət kapitalının infuziyaları qeyri-bazar şəraitində təmin edilməməli və ya saxlanılmamalıdır. Gizli və ya açıq-aşkar təminatlarla bağlı əlavə DM Təlimatları Qayda III.F.1-də verilmişdir.
Fövqəladə vəziyyət və ya böhran nəticəsində zəruri olan xüsusi dövlət dəstəyi tədbirləri (məsələn, bazardan aşağı maliyyə və ya kapital şəklində) rəqabətdə neytrallıq prinsipinə uyğunlaşdırılmalı, bununla da fövqəladə dəstək şəffaf, məqsədyönlü, vaxt məhdudiyyətli olmalı, ticarət və rəqabəti təhrif etməməli və uzunmüddətli məqsədlərə uyğun olmalıdır. Dövlət mülkiyyətçiləri fövqəladə hökumət dəstəyi ilə bağlı qabaqcıl beynəlxalq təcrübələrə əməl etməli və inter alia, siyasətçilərə eyni məqsədə çatmağa imkan verən daha az rəqabətədavamlı alternativləri müzakirə etməli, müəyyən etməli və/və ya təklif etməlidirlər. Xüsusi dəstək tədbirləri həmişə şəffaf çıxış planını təmin etməlidir.
Rəqabətli neytrallıq İƏİT-in Rəqabətli Neytrallıqla bağlı Təklifinə uyğun olaraq təmin edilməlidir.
III.F.3. DM-lərin iqtisadi fəaliyyəti mallar, enerji, su, daşınmaz əmlak, məlumatlara çıxış, torpaq və ya işçi qüvvəsi yaxud tədbirlər (məsələn, servitut və ya güzəştlər) kimi naturada daxilolmaları və ya özəl mülkiyyətdə olan rəqiblər üçün mövcud olanlardan daha əlverişli qiymətlər və ya şərtlərlə razılaşmalar almamalı və ya təmin etməməlidir.
İctimai xidmət öhdəliklərinin yerinə yetirilməsinə görə kompensasiya istisna olmaqla, kommersiya mülahizələrinə uyğun olaraq, DM-lər nə daşınmaz əmlak, mal və ya xidmətlər, nə də məlumat və informasiya resurslarına və ya infrastruktura özəl rəqiblərdəkindən daha əlverişli qiymətlərlə və ya şərtlərlə əldə etmək imkanı kimi naturada töhfə əldə etməməli və ya təmin etməməlidir. DM-lər və özəl sektor şirkətləri bərabər şərtlərlə danışıqlar aparmalı və güzəştlərə çıxış əldə etməlidirlər.
III.F.4. DM-lərin iqtisadi fəaliyyətindən ictimai xidmət öhdəliklərinin yerinə yetirilməsi istisna olmaqla, oxşar şəraitdə fəaliyyət göstərən rəqabət aparan özəl müəssisələrin əldə etdikləri ilə müqayisə edilə bilən dayanıqlı gəlir dərəcələri tələb edilməlidir.
DM-lərin iqtisadi fəaliyyətlərinin uzunmüddətli perspektivdə oxşar şərtlər altında rəqabət aparan şirkətlərlə müqayisə edilə bilən rentabellik əldə etməsi gözlənilməlidir. Bu, o demək deyil ki, rentabellik mütləq DM-lər və özəl şirkətlər üçün eyni olmalıdır.
Nəzərə alsaq ki, hətta yüksək rəqabətli mühitlərdə fəaliyyət göstərən özəl şirkətlər arasında da rentabellik qısa və orta müddətdə əhəmiyyətli dərəcədə fərqlənə bilər və özəl şirkətlər getdikcə daha çox könüllü və çox vaxt hətta bu xərclərdə öhdəlik faktoru ilə də fərqlənə bilər, rentabellik uzun zaman kəsiyində və məhsulların bütün istifadə müddətində faktor üzrə nəzərə alınmalıdır. Üstəlik, iqtisadi fəaliyyətlə məşğul olarkən, dövlət büdcəsi tərəfindən təmin edilən hər hansı kapital maliyyələşməsi, oxşar şəraitdə özəl sektor şirkətləri ilə uyğun gələn tələb olunan minimum gözlənilən rentabelliyə tabe olmalıdır. Bir sıra hökumətlər aşağı rentabelliyə yüksək kapital xərcləri üçün müvəqqəti ehtiyaclar kimi balans anomaliyalarını kompensasiya etməyə icazə verir. Bu, korporativ sektorun digər hissələrində adi haldır və diqqətlə tənzimlənərsə, bərabər şəraitin təmin edilməsinə uyğun olan təcrübələrdən uzaqlaşma demək deyil. Əksinə, bəzi hökumətlər DM-lərin üzərinə düşən bu cür ictimai xidmət öhdəliklərini kompensasiya etmək üçün rentabellik tələblərini aşağı sala bilər. Bu, yalnız rentabellik tələblərinin aşağı salınmasının ictimai xidmət öhdəliklərinin əldə edilməsi ilə birbaşa əlaqəli olduğu hallarda həyata keçirilməlidir. Hədəf rentabellik Qayda I.A-ya uyğun olaraq DM-nin risk profilini və kapital strukturunu əks etdirməlidir.
III.G. DM-lər istər iddiaçı, istərsə də satınalan qismində dövlət satınalmaları ilə məşğul olduqda, cəlb edilən prosedurlar açıq, rəqabətqabiliyyətli, ədalətli və obyektiv seçim meyarlarına əsaslanmalı, təchizatçıların müxtəlifliyini təşviq etməli və müvafiq dürüstlük və şəffaflıq standartları ilə qorunmalı, bununla da DM-lərin və onların potensial təchizatçılarının və ya rəqiblərinin yersiz üstünlüklərə və ya çatışmazlıqlara məruz qalmamasını təmin etməlidir.
DM-lərin dövlət satınalma proseslərində iştirakı bərabər şəraitə sadiq olan hökumətləri narahat edən sahə olmuşdur. Qanunvericilik İƏİT-in Dövlət Satınalmaları üzrə Təklifinə [OECD/LEGAL/0411] uyğun olaraq prinsipcə ədalətli, açıq və şəffaf olan tender rejimlərini təmin etməlidir. Bu cür qaydaların ümumi hökumət tərəfindən satınalma ilə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması və ya DM-lər tərəfindən satınalmalara da şamil edilib-edilməməsi ölkələrə görə fərqənir; istənilən halda, DM-lərin satınalma ilə məşğul olarkən rəhbər tutduqları qaydalar və çərçivələr barədə şəffaf olması vacibdir. DM-lər istər iddiaçı, istərsə də satınalan qismində dövlət satınalmaları ilə məşğul olduqda, cəlb edilən prosedurlar açıq, rəqabətqabiliyyətli, ədalətli və obyektiv seçim meyarlarına əsaslanmalı, təchizatçıların müxtəlifliyini təşviq etməlidir. Bir qayda olaraq, DM-lərin fəaliyyətini iki hissəyə bölmək olar: kommersiya satışı və ya təkrar satış üçün nəzərdə tutulan fəaliyyət; və hökumət məqsədini yerinə yetirmək üçün həyata keçirilən fəaliyyət. DM-nin dövlət məqsədini yerinə yetirdiyi hallarda və ya konkret bir fəaliyyətin DM-yə belə bir məqsədi yerinə yetirməyə imkan verdiyi halda, DM qabaqcıl təcrübələrə uyğun olaraq dövlət satınalma prosedurlarını qəbul etməlidir. DM-lər tərəfindən idarə olunan inhisarlar ümumi dövlət sektoruna tətbiq edilən eyni satınalma qaydaları ilə tənzimlənməlidir. Satınalanlar kimi DM-lər açıq tenderlərdən istifadə etməyə təşviq edilməli, lakin onlar öz bazar seqmentində özəl sektor şirkətləri ilə rəqabət aparırlarsa, onların kommersiya fəaliyyətləri üçün düzgün satınalma metodu ilə bağlı qiymətləndirmə marjasına icazə verilməlidir ki, onların yersiz əlverişsiz şəraitə məruz qalmaması təmin edilsin. Şəffaflığı və dürüstlüyü artırmaq üçün elektron satınalma kimi rəqəmsal texnologiyalardan istifadə təşviq edilə bilər.
III.H. DM-lərin iqtisadi fəaliyyəti ticarət, investisiya və ya rəqabətə təsir etdikdə, onlar kommersiya mülahizələrinə uyğun olaraq, ictimai xidmət öhdəliklərini yerinə yetirməkdən başqa bütün işləri aparmalıdırlar. Onlar bütün işləri məsuliyyətli biznes davranışına və yüksək dürüstlük standartlarına uyğun olaraq aparmalıdırlar.
Bu DM Təlimatları biznesin aparılması kontekstində DM-lərin öz əməliyyat və ya fəaliyyətlərinə xüsusi diqqət yetirir. Getdikcə daha çox DM-nin iqtisadi fəaliyyəti ticarət, investisiya və ya rəqabətə təsir edir və ya təsir edə bilər. Dövlətlər öz DM-lərinin ticarət, investisiya və ya rəqabətə təsirinə diqqət yetirməli və hər hansı bazar təhriflərindən çəkinməlidirlər (xüsusilə də dövlət mülkiyyətçiləri öz DM-lərinə sonuncuların digər əlaqəli bazarlarda rəqabət üstünlüyü əldə edə biləcəyi əlverişli daxili bazar mövqeyi verdikdə).
DM-lərin əksər milli iqtisadiyyatlar üçün mühüm rolu və nəqliyyat, kommunal xidmətlər və maliyyə kimi ictimai maraqlara xidmət edən sektorlardakı əməliyyatlar səbəbindən DM-lərin bu sektorlarda cəmləşməsi rəqabət mühitinə birbaşa təsir göstərə bilər. Birincisi, dövlətin bu sektorlara, xüsusən də sənaye sektorlarına müdaxiləsi beynəlxalq dəyər zəncirlərində əhəmiyyətli yuxarı və aşağı axın rolunu oynayır. İkincisi, bu sektorların əksəriyyətində yüksək dərəcədə sərhədyanı ticarət və investisiyalar baş verir. Üçüncüsü, şəbəkə sənayelərində DM-lər çox vaxt öz dəyər zəncirlərinin hissələrində monopoliyalarla şaquli inteqrə olunmuş strukturlar kimi fəaliyyət göstərirlər. Bu, o deməkdir ki, onlar bir sıra kommersiya fəaliyyətləri üzrə potensial rəqiblərin giriş şərtlərinə təsir göstərə bilər.
Eyni zamanda, ictimai xidmət öhdəlikləri ilə bağlı əlavə nüans zəruridir. Ümumi qaydaya istisna olaraq, DM ictimai xidmət öhdəliklərini yerinə yetirərkən kommersiya mülahizələri tələbi tətbiq edilməməlidir. DM-lər ictimai xidmətlər üzrə öhdəlikləri yerinə yetirərkən, satınalmalarda ayrı-seçkiliyə yol verməməlidirlər və yalnız ictimai xidmət öhdəliklərinin xarakteri əsasında zəruri olduqda, satışlarında ayrı-seçkilik edə bilərlər. Dövlət satınalmaları ilə bağlı müzakirələr üçün Qayda III.G və İƏİT-in Dövlət Satınalmaları üzrə Təklifinə baxın. Bütün iqtisadi və qeyri-iqtisadi fəaliyyətlər dürüstlük və məsuliyyətli biznes davranışı ilə bağlı İƏİT-in müvafiq standartlarına uyğun olaraq aparılmalıdır.