DM-lər listiqdə olduqda və ya qeyri-dövlət investorlarını sahibləri sırasına başqa şəkildə daxil etdikdə, dövlət və müəssisələr bütün səhmdarların, o cümlədən minoritar və xarici səhmdarların hüquqlarını tanımalı və səhmdarlara ədalətli rəftarı və onların korporativ məlumatlara bərabər çıxışını təmin etməlidir.
IV.A. DM-lərin yeganə mülkiyyətçisi olmadığı halda G20/İƏİT Korporativ İdarəetmə Prinsiplərinin və DM-lərin yeganə mülkiyyətçisi olduğu halda bütün müvafiq bölmələrin tam həyata keçirilməsinə səy göstərməlidir. Səhmdarların müdafiəsinə gəldikdə, buraya daxildir:
IV.A.1. Dövlət və dövlət müəssisələri bütün səhmdarlara ədalətli davranılmasını təmin etməlidir.
IV.A.2. DM-lər bütün səhmdarlara qarşı ən yeni məlumatların bərabər şəkildə və eyni vaxtda açıqlanması da daxil olmaqla yüksək dərəcədə şəffaflığa riayət etməlidirlər.
IV.A.3. DM-lər bütün səhmdarlarla fəal kommunikasiya və məsləhətləşmə siyasəti işləyib-hazırlamalıdırlar.
IV.A.4. Səhmdarların yığıncaqlarında hamının, o cümlədən minoritar səhmdarların səsvermə və digər hüquqlarının iştirakı və həyata keçirilməsi asanlaşdırılmalıdır ki, onlar şuranın seçilməsi kimi fundamental korporativ qərarların qəbulunda iştirak edə bilsinlər. Səhmdarların iştirakı və cəlb olunması ilə bağlı xərclərini asanlaşdırmaq və azaltmaq üçün, səhmdarların məsafədən iştirakına imkan verən ümumi yığıncaqların keçirilməsinə yurisdiksiyalar tərəfindən icazə verilməlidir. Bu cür yığıncaqlar informasiyaya bərabər çıxışı və bütün səhmdarların iştirak imkanlarını təmin edəcək tərzdə keçirilməlidir.
IV.A.5. Dövlət və DM-lər arasında və DM-lərin özləri arasında əməliyyatlar bazara uyğun şərtlər əsasında aparılmalıdır.
IV.B. Listinqdə olan bütün DM-lər və mümkün olduğu qədər, listinqdə olmayan DM-lər milli korporativ idarəetmə kodekslərinə tərəfdar olmalıdırlar.
IV.C. DM-lərdən müəssisənin fəaliyyəti, nəticələri və iqtisadi effektivliyinə əhəmiyyətli təsir göstərə biləcək ictimai siyasətin məqsədlərini həyata keçirmək tələb olunduqda, bunlar haqqında adekvat məlumat ictimaiyyətə və qeyri-dövlət səhmdarları üçün hər zaman açıq olmalıdır.
IV.D. DM-lər birgə müəssisələr və Dövlət-özəl tərəfdaşlığı (DÖT) kimi kooperativ layihələrdə iştirak etdikdə, müqavilə tərəfləri müqavilə üzrə hüquq və öhdəliklərinin təmin edilməsini və mübahisələrin vaxtında və obyektiv şəkildə həllini təmin etməlidirlər.