Dövlət mülkiyyətinin əsaslandırılmasına uyğun olaraq, DM-lər üçün hüquqi, tənzimləyici və siyasət bazası DM-lərin iqtisadi fəaliyyətlə məşğul olduqları hallarda bazarda bərabər şərait və ədalətli rəqabəti təmin etməlidir.
III.A. Dövlətin mülkiyyət funksiyası ilə DM-lər üçün bazar şəraitinə təsir göstərə biləcək digər dövlət funksiyaları arasında, xüsusən də bazarın tənzimlənməsi və siyasətin müəyyən edilməsi ilə bağlı, aydın fərq olmalıdır.
III.B. Steykholderlər və digər maraqlı tərəflər, o cümlədən rəqiblər, hüquqlarının pozulduğunu hesab etdikdə, qərəzsiz hüquqi, mediasiya və ya arbitraj prosesləri vasitəsilə səmərəli bərpa imkanlarına malik olmalıdırlar. DM-lərin hüquqi forması DM-lərə müflisləşmə prosedurlarına başlamaq və kreditorlara öz tələblərini irəli sürmək imkanı verməlidir.
III.C. DM-lərin ictimai xidmət öhdəlikləri yerinə yetirdiyi hallarda, onlar şəffaf və xüsusi olaraq müəyyən edilməlidir ki, bu da xərclərin və gəlirlərin dəqiq hesablanmasına imkan verəcəkdir. Xüsusilə:
III.C.1. Onların xərcləri və gəlirləri ilə bağlı yüksək şəffaflıq və məlumatların açıqlanması standartları qorunmalıdır.
III.C.2. İctimai xidmət öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı xalis xərclər ayrıca maliyyələşdirilməli, mütənasib olmalı və kompensasiyanın çarpaz subsidiya üçün istifadə edilməməsi təmin edilməklə açıqlanmalıdır.
III.D. Bir qayda olaraq, Dövlət müəssisələri digər kommersiya müəssisələrinə subsidiya vermək və ya üstünlüklər qazandırmaq üçün istifadə edilməməlidir. DM-lər ictimai siyasətin məqsədlərinə uyğun olaraq dəstək tədbirlərini ayırmaq üçün istifadə olunursa, (i) dəstək tədbirlərinin qüvvədə olan rəqabət və ticarət qaydalarına uyğun olmasını; (ii) dəstək tədbirləri və onların maliyyələşdirilməsinin aydın şəkildə müəyyən edilməsini və ictimaiyyətə açıqlanmasını; və (iii) dəstək tədbirlərinin digər kommersiya təşkilatları üçün ədalətsiz zərərlərə səbəb olmamasını təmin etməyə diqqət yetirilməlidir.
III.E. Dövlət DM-ləri iqtisadi fəaliyyətlə məşğul olarkən qanunlar, qaydalar və bazar mexanizmlərinin tətbiqi və icrasından azad etməməli, DM-lərlə onların rəqibləri arasında yersiz ayrı-seçkiliyin qarşısını almaq üçün vergi, borc və tənzimləyici neytrallığı təmin etməlidir.
III.F. DM-lərin iqtisadi fəaliyyəti bazara uyğun şərtlərlə, o cümlədən borc və kapitalın maliyyəşdirilməsi ilə bağlı şərtlərlə üzləşməlidir. Xüsusilə:
III.F.1. DM-lərin bütün işgüzar əlaqələri, o cümlədən maliyyə institutları ilə olanlar sırf kommersiya əsaslarına əsaslanmalıdır.
III.F.2. DM-lərin iqtisadi fəaliyyəti özəl rəqiblər üzərində güzəştli borc və ya kapitalın maliyyələşdirilməsi, zəmanətlər, yüngül vergi rejimi və ya güzəştli ticarət kreditləri kimi üstünlük yaradan hər hansı birbaşa və ya dolayı maliyyə dəstəyindən faydalanmamalı və ya onu təmin etməməlidir.
III.F.3. DM-lərin iqtisadi fəaliyyəti mallar, enerji, su, daşınmaz əmlak, məlumatlara çıxış, torpaq və ya işçi qüvvəsi yaxud tədbirlər (məsələn, servitut və ya güzəştlər) kimi naturada daxilolmaları və ya özəl mülkiyyətdə olan rəqiblər üçün mövcud olanlardan daha əlverişli qiymətlər və ya şərtlərlə razılaşmalar almamalı və ya təmin etməməlidir.
III.F.4. DM-lərin iqtisadi fəaliyyətindən ictimai xidmət öhdəliklərinin yerinə yetirilməsi istisna olmaqla, oxşar şəraitdə fəaliyyət göstərən rəqabət aparan özəl müəssisələrin əldə etdikləri ilə müqayisə edilə bilən dayanıqlı gəlir dərəcələri tələb edilməlidir.
III.G. DM-lər istər təchizatçı, istərsə də satınalan qismində dövlət satınalmaları ilə məşğul olduqda, cəlb edilən prosedurlar açıq, rəqabətqabiliyyətli, ədalətli və obyektiv seçim meyarlarına əsaslanmalı, təchizatçıların müxtəlifliyini təşviq etməli və müvafiq dürüstlük və şəffaflıq standartları ilə qorunmalı, bununla da DM-lərin və onların potensial təchizatçılarının və ya rəqiblərinin yersiz üstünlüklərə və ya çatışmazlıqlara məruz qalmamasını təmin etməlidir.
III.H. DM-lərin iqtisadi fəaliyyəti ticarət, investisiya və ya rəqabətə təsir etdikdə, onlar kommersiya mülahizələrinə uyğun olaraq, ictimai xidmət öhdəliklərini yerinə yetirməkdən başqa bütün işləri aparmalıdırlar. Onlar bütün işləri məsuliyyətli biznes davranışına və yüksək dürüstlük standartlarına uyğun olaraq aparmalıdırlar.