Dövlət onun mülkiyyətində olan müəssisələr üzərində nəzarəti geniş ictimaiyyətin maraqları naminə həyata keçirir. O, dövlət mülkiyyətinə haqq qazandıran əsaslandırmaları diqqətlə qiymətləndirib açıqlamalı və onları təkrar nəzərdən keçirməlidir.
I.A. Müəssisələr üzərində dövlət mülkiyyətinin son məqsədi səmərəli və dayanıqlı şəkildə cəmiyyət üçün uzunmüddətli dəyəri maksimuma çatdırmaq olmalıdır.
I.B. Hökumət mülkiyyət siyasəti işləyib-hazırlamalıdır. Siyasət, başqaları arasında, dövlət mülkiyyətinin ümumi əsaslandırmalarını və məqsədlərini, dövlətin və digər səhmdarların DM-lərin idarə edilməsində rolunu, habelə dövlətin öz mülkiyyət siyasətini necə həyata keçirəcəyini və onun həyata keçirilməsində iştirak edən dövlət idarələrinin müvafiq rol və vəzifələrini müəyyən etməlidir.
I.C. Mülkiyyət siyasəti müvafiq nümayəndəlik orqanları qarşısında müvafiq hesabatlılıq prosedurları ilə tənzimlənməli və geniş ictimaiyyətə açıqlanmalıdır. Hökumət müntəzəm fasilələrlə mülkiyyət siyasətini nəzərdən keçirməli və onun icrasını qiymətləndirməlidir.
I.D. Dövlət ayrı-ayrı DM-lərə sahib olmaq üçün əsaslandırmaları müəyyən etməli və onları təkrar nəzərdən keçirməlidir. Mülkiyyətin əsaslandırılması və ayrı-ayrı DM-lərin və ya DM qruplarının əldə etmələri tələb olunan ictimai siyasətin məqsədləri onların əsas fəaliyyət istiqamətləri ilə aydın şəkildə əlaqələndirilməli, müvafiq orqanlar tərəfindən mandat verilməli və ictimaiyyətə açıqlanmalıdır.