2-ci Fəsildə AİH-in 12 portfel şirkəti təfərrüatlı şəkildə təsvir olunur, bu təsvirə hər bir şirkət haqqında ümumi baxış, onların maliyyə göstəriciləri və korporativ idarəetmə tədbirləri daxildir. Hər bir şirkətə onun yaradılması, funksiyaları və AİH portfelinin bir hissəsi olduqdan sonra necə inkişaf etdiyi, o cümlədən idarəetmə orqanlarının, nizamnamələrin və korporativ idarəetmə standartlarının tətbiqi barədə məlumat təqdim olunur.
Azərbaycan İnvestisiya Holdinqi və onun Dövlət müəssisələrində Korporativ İdarəetməyə dair İƏİT icmalı
2. Azərbaycan İnvestisiya Holdinqinin Portfel şirkətlərinin profilləri
Copy link to 2. Azərbaycan İnvestisiya Holdinqinin Portfel şirkətlərinin profilləriQısa məlumat
2.1. Azərbaycan İnvestisiya Holdinqinin Portfel şirkətləri haqqında məlumat
Copy link to 2.1. Azərbaycan İnvestisiya Holdinqinin Portfel şirkətləri haqqında məlumatDaha əvvəl qeyd edildiyi kimi, 2020-ci ildə Prezidentin 1174 saylı Fərmanı ilə “AİH-in idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı” təsdiq edilmişdir (Azerbaijan Investment Holding, 2020[1]). Bu siyahıya əsasən, ilkin olaraq 22 DM-nin AİH-in idarəetməsinə verilməsi nəzərdə tutulmuşdu. Daha sonra qismən özəlləşdirilən 5 şirkətin (“Azərkosmos” ASC, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Azərpoçt” MMC, “Bakı Telefon Rabitəsi” MMC) adı siyahıdan çıxarılaraq, şirkətlərin sayı 17-yə endirilmişdir. Hazırda 17 DM-dən 12-si AİH-in nəzarətindədir. “Azərsığorta” bu icmal dövründə ləğv edilmiş, lakin hesabatın müqayisəli cədvəlinə daxil edilmişdir.
Prezidentin 1174 saylı Fərmanında qeyd olunan digər 5 DM isə AİH-in idarəetməsinə (“Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azəristiliktəchizat” ASC) verilməmişdir. Prezidentin 2074 saylı Fərmanına əasən su təsərrüfatı müəssisələrindən ikisi – “Azərsu” ASC və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2024-cü ilin iyulundan etibarən Fövqəladə Hallar Nazirliyi yanında yeni yaradılmış Dövlət Su Təsərrüfatı Agentliyinin tabeliyinə verilmiş və cari planlaşdırmaya əsasən onların AİH-in nəzarətinə verilməsi nəzərdə tutulmur. Qalan üç DM-yə gəlincə, Hökumət Qiymətləndirmə heyətinə onların AİH-ə köçürülməsinin vaxtı və ardıcıllığı ilə bağlı yekun qərarın qəbul edilmədiyini bildirib. Cədvəl 2.1-də AİH tərəfindən müəyyən edilmiş dörd sektor üzrə dəyişən AİH-in hazırkı və keçmiş PŞ-ləri qeyd olunmuşdur. Aşağıda hər bir PŞ və sahə üzrə daha ətraflı şirkət profili təqdim edilmişdir.
Cədvəl 2.1. Dəyər və məşğulluğa dair icmal (2022)
Copy link to Cədvəl 2.1. Dəyər və məşğulluğa dair icmal (2022)|
Portfel şirkəti |
Təşkilati-hüquqi forma |
2022-ci ildə kapitalın balans dəyəri (mln. ABŞ dolları)* |
Məşğulluq |
Səhmdarlar (%-lə mülkiyyət təfərrüatları) |
|---|---|---|---|---|
|
SOCAR |
Mülki Məcəllədə sadalananların heç biri (“dövlət şirkəti” kimi qeydiyyata alınmışdır) |
19 608.82 |
48 042 |
100% dövlətə məxsusdur |
|
"AzerGold" |
QSC |
263,55 |
818 |
100% dövlətə məxsusdur |
|
Azərbaycan Hava Yolları |
QSC |
-454.25 |
6 890 7 808 (birləşdirilmiş qrup) |
100% dövlətə məxsusdur |
|
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) |
QSC |
1074,69 |
15 575 |
100% dövlətə məxsusdur |
|
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) |
QSC |
690,41 |
7 946 |
100% dövlətə məxsusdur |
|
Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı |
QSC |
80,41 |
585 |
100% dövlətə məxsusdur |
|
"Bakı Metropoliteni" QSC |
QSC |
1 438.94 |
4 947 |
100% dövlətə məxsusdur |
|
"Baku Bus" MMC |
MMC |
134,90 |
1 542 |
100% dövlətə məxsusdur |
|
"Təmiz Şəhər" ASC |
ASC |
37,84 |
570 |
100% dövlətə məxsusdur |
|
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
ASC |
1 070.80 |
3 096 |
92.56% - Maliyyə Nazirliyi, 3.81% - Əmlak Məsələləri Dövlət Komitəsi 0.23% - "Aqrarkredit" QSC 3.05% – fiziki şəxslər 0.35% – hüquqi şəxslər |
|
"Azərisığorta" ASC1 |
Əvvəl QSC |
-5.17 |
286 |
100% dövlətə məxsusdur |
|
Azər-Türk Bank |
ASC |
38,06 |
513 |
səhmlərin 75%-i dövlətə məxsusdur, 12.4% - Ziraat Bank, 6.5% - "AzRe Təkrarsığorta" 5% - "Qala Həyat" 1.1% - "Ziraat Bank International" |
Qeyd: *Həmçinin bax: Cədvəl 1.7
Mənbə: AİH tərəfindən Qiymətləndirmə heyətinə verilən məlumatlar. Təqdim edilən bəzi məlumatlar fərqli ola bilər.
2.2. Mədənçıxarma müəssisələri
Copy link to 2.2. Mədənçıxarma müəssisələri2.2.1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)
Qısa icmal
SOCAR indiki təşkilati-hüquqi formasında dövlət qurumu kimi 1992-ci ildə yaradılmışdır. O, şaquli inteqrə olunmuş milli neft və qaz şirkətidir və tamamilə dövlətə məxsusdur. SOCAR “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarından çıxarılan neftin əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan Boru Kəmərində əhəmiyyətli paya malikdir. Bundan əlavə, SOCAR Türkiyə Respublikasının yeganə neft-kimya istehsalçısı olan "Petkim" (51%) və Avropa, Yaxın Şərq və Afrikanın ən böyük neft emalı zavodu layihəsi olan "STAR"-da (60%) nəzarət zərfinə sahibdir. SOCAR Avstriya, Gürcüstan, Rumıniya, Türkiyə, Rusiya, İsveçrə, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərində pərakəndə satış və (və yaxud) digər fəaliyyətlər həyata keçirir. Energetika Nazirliyi ölkənin enerji balansını təsdiq edir ki, bu da SOCAR-dan tələb olunan miqdarda neft və qaz məhsullarını əks etdirir. Bundan əlavə, Tarif Şurası bəzi yerli əməliyyatlar üçün müəyyən neft və qaz məhsullarının qiymətlərini (həmçinin nəqliyyat və digər tarifləri) təsdiq edir.
SOCAR əsasən neft və qazın kəşfiyyatı, hasilatı, emalı, habelə neft, qaz və qaz kondensatının nəqli, neft və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlara çıxarılması, sənayenin və Azərbaycan əhalisinin ehtiyacları üçün təbii qazın tədarükü ilə məşğuldur. Üç istehsalat birliyi2, 8 zavod3, iki trest, 16 birgə müəssisə4 və yerli və transmilli şirkətləri birləşdirən bir ittifaq mövcuddur (SOCAR, 2023[2]).
2023-cü ilin avqustunda Prezident SOCAR-ın üç biznes subyektini (hər biri 100% dövlətə məxsusdur) özəlləşdirməyə namizəd kimi müəyyən etmişdir (bax: 1.2.5). Doqquz aylıq diaqnostika əsasında onların bazar dəyəri qiymətləndirilmiş və özəlləşdirmənin optimal vasitələri, əhatə dairəsi və müddəti müəyyənləşdirilmişdir. Eyni zamanda, özəl banklardan və borc bazarları vasitəsilə əlavə maliyyələşdirmə axtarmaq niyyəti ilə müəssisədə borc və pul vəsaitlərinin idarə edilməsi strategiyası hərtərəfli nəzərdən keçirilir.
SOCAR BFB-də korporativ istiqrazlar buraxan azsaylı PŞ-lərdən biridir. SOCAR-ın ilk istiqrazları 2016-cı ildə 100 mln.ABŞ dolları dəyərində buraxılmışdır. Bu istiqrazlar ikinci (və ən son) dəfə 2021-ci ildə ümumi dəyəri 100 mln. ABŞ dolları olmaqla “premium bazar seqmenti”ndə buraxılmışdır və hazırda satışdadır.5 SOCAR əlavə istiqrazlar buraxa bilər, bunun üçün Prezident və AİH-in təsdiqi tələb edilir (Government of Azerbaijan, 2021[3]). İstiqrazların buraxılması AİH-in Müşahidə Şurası tərəfindən təsdiqlənməlidir. Bundan əlavə, sorğu Prezidentə təqdim edilməzdən əvvəl Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Digər borclanma növləri (xüsusən də kreditlər) üçün yalnız SOCAR-ın Müşahidə Şurasının təsdiqi tələb olunur.
Şirkətin strategiyası AİH-in dəstəyi ilə fəaliyyətini əsasən həm bərpa olunan enerji mənbələri, həm də neft və qaz üzərində quran bir enerji şirkətinə çevrilməkdir. SOCAR-ın Müşahidə Şurası şəffaf kommunikasiya kanallarını qoruyub saxlamaqla törəmə şirkətləri üçün əsas məqsədləri, hədəfləri və hüquqi bazaları müəyyən edir.
SOCAR-ın 2023-cü ilin sonuna olan kredit reytinqi "Fitch" reytinq agentliyi (Fitch, 2023[4]) tərəfindən "BB+", "Moody's" reytinq agentliyi (Moody’s, 2023[5]) tərəfindən isə "Ba1" səviyyəsində qiymətləndirilmişdir ki, bu da Azərbaycanın suveren kredit reytinqini əks etdirir.
Maliyyə göstəriciləri
SOCAR Azərbaycanın ən böyük şirkəti və vergi ödəyicisidir, belə ki, büdcə gəlirlərinin təxminən 6-8%-ni, vergi daxilolmalarının isə 15-17%-ni o təşkil edir (Aliyev, 2020[6]). SOCAR-ın nəzarətində olan neft yataqları vergi məcəlləsinə uyğun olaraq vergiyə cəlb edilir və SOCAR bundan əlavə dövlət büdcəsinə hasilatın pay bölgüsü sazişində müəyyən edilmiş royalti vergisi ödəyir. Mexanizm belə işləyir: dövlətin payı ayrıldıqdan sonra, mənfəət hesablanaraq HPBS sahibinə paylanır. Podratçılar öz paylarını saxlayır, bəyan edir və mənfəət vergisi ödəyirlər. Vergi rejimi HPBS-nə uyğun olaraq həyata keçirilir ki, buraya mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi, işçilər üçün vergilər və sosial ödənişlər daxildir.
2018-2022-ci illərdə SOCAR-ın gəliri 54% azalaraq 2020-ci ildə 29,2 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu, daha çox iqtisadi aktivliyi azaldan və əmtəə bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə səbəb olan COVID-19 pandemiyası ilə bağlı olmuşdur. Həmin dövrdə gəlirləri əsasən xam neftin satışından əldə edilən SOCAR-ın maliyyə vəziyyəti pisləşmişdir. Qlobal enerji böhranı fonunda enerji resurslarının, xüsusilə də təbii qazın qiymətində növbəti əhəmiyyətli artım gəlirlərin 2020-ci ildəki 29,2 milyard ABŞ dollarından 2022-ci ildə 70,1 milyard ABŞ dollarına yüksəlməsinə səbəb olmuşdur (SOCAR, 2022[7]).
2022-ci ildə gəlirlərin 56,7 faizi xam neftin, 20,4 faizi neft məhsullarının, 5,7 faizi neft-kimya məhsullarının, 14,9 faizi isə təbii qazın satışından əldə edilmişdir. Gəlir strukturunun müqayisəsi göstərir ki, 2018-ci illə müqayisədə təbii qazın ümumi gəlirdəki payı 3,1%-dən 14,9%-ə yüksəlmişdir. Buna səbəb təbii qaz hasilatının 23,7% artması və dünya əmtəə bazarlarında təbii qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsidir (SOCAR, 2022[7]). Gəlirlərin əsas hissəsi (65,1%) onun İsveçrədəki fəaliyyətindən əldə edilmişdir. Ümumi gəlirlərin 20,4%-i Türkiyədə, 9,3%-i Azərbaycanda, 1,6%-i BƏƏ-də, 1,4%-i Gürcüstanda əldə edilmişdir (SOCAR, 2022[7]).
Əvvəlki illərlə müqayisədə 2022-ci ildə SOCAR-ın maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, xalis mənfəəti, aktivlərinin həcmi və kapitalı indiyədək qeydə alınan ən yüksək göstəriciyə çatmışdır. 2020-ci ildə neft və qaz bazarının qeyri-sabitliyi səbəbindən şirkət 1 020 mln. ABŞ dolları məbləğində itki vermişdir.
SOCAR rentabelliyə malik olsa da, onun böyük investisiya ehtiyacları (məsələn, yeni neft yataqlarına, neft emalı zavodlarına və s. investisiyalar) davam edir və qeyd olunduğu kimi, digər mənbələrdən maliyyələşmə əldə etməyə çalışır. SOCAR müəyyən müştəri seqmentləri üçün bazarla tənzimlənən qiymətdən aşağı qiymətlərlə neft satır, lakin şirkət rəsmilərinin fikrincə, bu, onun tənzimlənməyən mənfəət əldə etmək fəaliyyəti ilə çarpaz şəkildə subsidiyalaşdırılır. Azərbaycanın neft və qaz ehtiyatlarından əldə edilən gəlirləri idarə etmək üçün yaradılmış suveren fond olan SOFAZ neft və qaz ixracından əldə olunan gəlirləri, o cümlədən vergilər, royaltilər, SOCAR-dan dividendlər və digər əlaqəli fəaliyyətlərdən gəlirləri toplayır. 2022-ci ildə SOFAZ 9,92 milyard ABŞ dollar gəlir əldə edib ki, bunun da 4,66 milyard ABŞ dolları büdcəyə köçürülüb.
Cədvəl 2.2. SOCAR-ın əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.2. SOCAR-ın əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
63 389.4 |
49 265.9 |
29 180.6 |
45 606.5 |
70 134.1 |
|
Faizlər, vergilər, amortizasiya və amortizasiyadan əvvəl mənfəət (“EBITDA”) |
3 142.4 |
2 753.5 |
2 377.6 |
4 641.2 |
8 690.6 |
|
Xalis mənfəət |
720 |
382,9 |
-1 020 |
1 244.1 |
5 543.5 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
402,9 |
402,9 |
265,3 |
391,2 |
427,6 |
|
Vergilər (gəlir vergisi) |
347,1 |
351,8 |
382,4 |
348,2 |
624,7 |
|
Aktivlərin cəmi |
36 550.6 |
38 455.9 |
37 738.2 |
40 798.2 |
47 550 |
|
Kapital dəyəri |
14 084.7 |
14 310.6 |
12 895.9 |
13 382.4 |
19 608.8 |
|
Cəmi cari öhdəliklər |
10 215.9 |
10 166.5 |
12 137.1 |
11 945.9 |
17 041.2 |
|
Uzunmüddətli öhdəliklər |
12 250 |
13 978.8 |
12 705.3 |
15 470 |
10 900 |
|
Aktivlərin rentabelliyi, % |
2 |
1 |
-2.7 |
3 |
11,7 |
|
Kapitalın rentabelliyi, % |
5,1 |
2,7 |
-7.9 |
9.3 |
28,3 |
|
Borcun kapitala nisbəti |
1,6 |
1,7 |
1,9 |
2 |
1.4 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən əldə edilmişdir, lakin Hesablama Palatasının məlumatları fərqlidir.
Mənbə: SOCAR-ın 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları, AİH-in məlumatları
Korporativ idarəetmə
2021-ci ildə Prezident müasir korporativ idarəetmə standartlarını tətbiq etməklə SOCAR-da idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 1258 saylı Fərmanı imzalamışdır. Fərmana əsasən, SOCAR-ın tərkibində ümumi idarəetmə və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılmışdır. Prezidentin 2021-ci ildə imzaladığı 2446 saylı Fərmana əsasən, SOCAR-ın Müşahidə Şurasının tərkibinin İqtisadiyyat nazirinin sədrliyi ilə yeddi nəfərdən ibarət olması nəzərdə tutulmuşdur (bax: Əlavə B).
2021-ci ildə SOCAR-ın nizamnaməsinə dəyişiklik edilmiş və şirkətin ali idarəetmə orqanı kimi Ümumi Yığıncağı təyin edilmişdir. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qərarlar AİH tərəfindən qəbul edilir.
Öz hüquqi şəxs statusuna malik olan əsasnaməli korporasiya olmasına baxmayaraq, hüquqi şəxs kimi Azərbaycanın qanunvericilik bazası çərçivəsində fəaliyyət göstərir və səlahiyyətli orqanlar onun təşkilati-hüquqi formasının investorlar üçün potensial risk yaratmamasını və kreditorların hüquqlarına təsir etməməsini təmin edir.
2.2.2. “AzərGold” QSC
Qısa icmal
2015-ci ildə yaradılmış “AzerGold” QSC6 müxtəlif mədən layihələrində fəal iştirak edir. Onun qızıl hasilatı əməliyyatlarının başlanması üçün tələb olunan əhəmiyyətli ilkin investisiyalar üçün hökumət tərəfindən DM kimi yaradıldığı bildirilir. Qeyd edilməlidir ki, hökumətin dövlət mülkiyyətinə dair əsaslandırması, rəsmi şəxslərə müsahibələrdə qeyd olunduğu kimi, iki yönlüdür: birincisi, şirkətin sosial sahələrin inkişafına töhfəsini təmin etmək, ikincisi, onun idarə olunmasında ətraf mühit və məşğulluq amillərini nəzərə almaq. Dövlət mülkiyyətinin əsaslandırılması, səlahiyyətli orqanlar tərəfindən Qiymətləndirmə heyətinə izah edildiyi kimi, qızılın bir əmtəə kimi strateji aktiv olması və ölkənin qeyri-neft ixracında mühüm rol oynaması ilə əlaqələndirilir.
Şirkət hazırda iki törəmə müəssisəsinə sahibdir və 2023-cü ilin avqust ayından etibarən Prezidentin özəlləşdirmə planına daxil edilmişdir. Prezident, səhmləri bazara təqdim etmək məqsədi ilə digərləri ilə yanaşı, maliyyə cəhətdən sağlam bir şirkətə əsaslanaraq, şirkətin özəlləşdirilməsi üçün uzunmüddətli hədəf müəyyən etmişdir. Özəlləşdirməyə doğru bu keçiddə AİH şirkəti bu mühüm transformasiyanı istiqamətləndirmək və hazırlamaqda fəal iştirak edir. AİH, həmçinin şirkət üçün xüsusi məhsuldarlıq hədəfləri müəyyən edir.
“AzerGold” QSC BFB-də korporativ istiqrazlar buraxan azsaylı PŞ-lərdən biridir ki, onun istiqrazları hazırda tədavüldədir. 10 yanvar 2024-cü il tarixində cəmi 20 mln. ABŞ dolları məbləğində istiqrazlar BFB-nin7 “standart bazar seqmentində” listinqə daxil edilmiş və 29 yanvar 2024-cü il tarixində tamamlanmışdır.
Maliyyə göstəriciləri
2018-2022-ci illərdə “AzerGold” QSC-nin əsas maliyyə göstəricilərində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə edilmişdir. Bu dövrdə onun dövriyyəsi qiymətli metalların (qızıl və gümüş) satışının artması, onların qiymətlərinin artması ilə əlaqədar olaraq iki dəfə artmışdır (Aliyev, 2020[6]). Müəssisə vergi ödənişlərinin məbləğini 2018-ci ildəki 7,4 mln. ABŞ dollarından 2022-ci ildə 23,1 mln. ABŞ dollarına çatdıra bilmişdir (bax: aşağıdakı Cədvəl 2.3). Dividendlərlə bağlı rəsmi məlumat olmasa da, xəbər mənbələrinə görə, şirkət 2022-ci ildə səhmdarlara dividend ödəməyi planlaşdırdığını bildirmişdir.8 Lakin bu cür rəqəmlər əsas maliyyə göstəricilərinə dair AİH-in təqdim etdiyi sənədlərdə göstərilmir və Hesablama Palatasının hesabatlarında onların yoxlanılması mümkün deyil.
Cədvəl 2.3. "AzerGold"un əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.3. "AzerGold"un əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
58,4 |
86,2 |
110,2 |
112,1 |
123,6 |
|
EBITDA |
32,1 |
49,4 |
73,5 |
58,6 |
56,6 |
|
Xalis mənfəət |
8 |
12,5 |
48,2 |
29,4 |
30,2 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
0,5 |
- |
1,2 |
10,4 |
0,5 |
|
Aktivlərin cəmi |
110,8 |
110,2 |
139,9 |
200,9 |
357,9 |
|
Kapital dəyəri |
9,2 |
27,6 |
98,1 |
159,8 |
263,6 |
|
Cəmi cari öhdəliklər |
24,6 |
39 |
13,6 |
11,1 |
55,4 |
|
Uzunmüddətli öhdəliklər |
76,9 |
43,7 |
28,1 |
30,0 |
38,9 |
|
Aktivlərin rentabelliyi, % |
7.3 |
11,3 |
34,5 |
14,6 |
8,4 |
|
Kapitalın rentabelliyi, % |
87 |
45,3 |
49,1 |
18,4 |
11,5 |
|
Borcun kapitala nisbəti |
11 |
3,0 |
0,4 |
0,3 |
0,4 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən alınsa da, Hesablama Palatasının məlumatları iki təşkilat arasındakı hesabatvermə metodologiyasının fərqliliyinə görə dəyişir. Məlumatlaraa görə, 2022-ci ildə dövriyyə 121,9 mln. ABŞ dolları təşkil etmişdir. (https://azergold.az/az/media/press-relizler/azergold-qsc-nin-2022-ci-ilde-satis-gelirleri-artib-in)
Mənbə: "AzerGold" QSC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları, AİH-in məlumatları
Şirkətin cəmi aktivləri 357,9 mln. ABŞ dollarına yüksəlib. Artımın əsas səbəbi məcmu kapitalın əhəmiyyətli dərəcədə artmasıdır. 2018-ci ildən etibarən onun sabit fəaliyyətini təmin edən kapitalında 28 dəfə artım qeydə alınmış və 263,56 mln. ABŞ dolları təşkil etmişdir. Məcmu kapitalın artması xalis mənfəət və nizamnamə kapitalının dövlət tərəfindən artırılması hesabına baş vermişdir. Nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 2019-cu ildə 5,9 mln. ABŞ dolları, 2020-ci ildə 22,4 mln. ABŞ dolları, 2021-ci ildə 45,8 mln. ABŞ dolları vəsait ayrılmışdır (Government of Azerbaijan, 2021[3]).
Kapitalın artırılması şirkətin borc siyasətini passivləşdirmişdir. Bu səbəbdən 2018-2022-ci illərdə məcmu kapitalın məcmu öhdəliklərdə və kapitalda payı 8,3%-dən 73,7%-ə yüksəlmişdir. Bu müddət ərzində borc öhdəliklərinin payı 91,8%-dən 26,4%-ə düşmüşdür. Borcun kapitala nisbətinin 10,8-dən 0,3-ə düşməsi onun borc səviyyəsinin aşağı olduğunu göstərir. Öhdəliklərin azalması uzunmüddətli öhdəliklərin 49% azalması hesabına baş vermişdir. Qısamüddətli öhdəliklər iki dəfədən çox artmışdır.
Korporativ idarəetmə
Prezidentin 2293/2020 saylı Sərəncamı ilə “AzerGold” QSC AİH-in idarəçiliyinə verilmişdir. Müşahidə Şurası 2021-ci ildə yaradılmış və nizamnamədə ümumilikdə beş üzvün təyin edilməsi müəyyən olunmuşdur. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti üç ildir (yenilənir). Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının Ümumi Yığıncağı, cəmiyyətin idarəetmə orqanları isə Müşahidə Şurası və kollegial icra orqanı olan darə Heyətidir. "AzerGold" QSC-nin yeni nizamnaməsi AİH tərəfindən 2022-ci ildə təsdiq edilmişdir.
Nizamnamənin 6.2.5-ci maddəsinə uyğun olaraq, Müşahidə Şurası audit komitəsi, təyinat və mükafatlandırma komitəsi, strategiya və investisiyalar komitəsi yaratmaq səlahiyyətinə malikdir. Bundan əlavə, Nizamnamənin 7-ci maddəsinə əsasən, onun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin beş üzvü (sədr və dörd sədr müavini) üç il müddətinə təyin oluna bilər və onlar növbəti müddətə yenidən təyin edilə bilərlər. Hazırda İdarə Heyətinin üç üzvü var - bir sədr və iki sədr müavini, belə ki, bu şirkətin ehtiyacları üçün kafi hesab olunur. İdarəetmə orqanlarının tərkibi isə Əlavə B-də təsvir edilmişdir.
Müşahidə Şurası cəmiyyətin fəaliyyətini təşkil etmək səlahiyyətinə malikdir. O, nizamnaməsinə və kapitalına dəyişikliklərlə bağlı Ümumi Yığıncağa təkliflər vermək, habelə törəmə cəmiyyətləri arasında yaranan mübahisələrin həlli üçün tədbirlər görmək məqsədilə İdarə Heyətinə müraciət etmək hüququna malikdir. Strateji rəhbərlik Ümumi Yığıncaq və Müşahidə Şurası arasında bölünmüşdür və AİH-in üzvü Müşahidə Şurasında təmsil olunur.
2.3. Nəqliyyat
Copy link to 2.3. Nəqliyyat2.3.1. "Azərbaycan Hava Yolları" QSC
Qısa icmal
Həm də AZAL kimi tanınan Azərbaycan Hava Yolları 1992-ci ildə yaradılmışdır. O, ölkənin ilk bayraq daşıyıcısı və Azərbaycanın ən böyük aviaşirkətidir. 2022-ci ilə olan məlumata görə, AZAL və onun törəmə müəssisələrində 7808 nəfər çalışır. Dövlət konserni kimi fəaliyyət göstərsə də, 2008-ci ildə səhmdar cəmiyyətinə çevrilmişdir. Şirkət Azərbaycanda iki törəmə müəssisəyə nəzarət edir və beş hava limanını idarə edir.
Onun hava yolu biznesi şirkətin ümumi fəaliyyətinin təxminən 65%-nə bərabər bir hissəni təşkil edir. Tənzimləmə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rüblük kollegial iclasların keçirilməsi ilə həyata keçirilir. AİH-in rəhbərliyi altında formalaşan korporativ strategiya 2030-cu ilə qədər planlaşdırılmışdır. Qiymətləndirmə heyətinə bildirildiyi kimi, əsas məqsədlərə donanmanın yenilənməsi və əməliyyatlar boyunca özünüdavamlılığa nail olmaq daxildir. Şirkət rəhbərlərinin fikrincə, təşkilatın gələcək yanaşması təyyarələrin alınması üçün öz resurslarından istifadə etməyi nəzərdə tutur, belə ki, 2022-ci ilə qədər bütün təyyarə parkları əsasən hökumətin maliyyəsi ilə alınmışdır.
Maliyyə göstəriciləri
AZAL Azərbaycanda hava nəqliyyatı xidmətləri göstərən yeganə aviaşirkətdir. Dominant mövqeyinə baxmayaraq və 2022-ci ildə təqribən 740,4 mln. ABŞ dolları həcmində dövriyyəyə nail olsa da, aviaşirkət 2,3 milyard manat (~1,3 milyard ABŞ dolları) məbləğində miras borcları ilə fəaliyyətini davam etdirir. Müəssisənin, həmçinin Müşahidə Şurası vasitəsilə məlumatlandırılan və dövlət büdcəsindən ödənilən ictimai xidmət öhdəlikləri (məsələn, Naxçıvana subsidiyalaşdırılmış uçuşlar) var. Şirkət rəsmilərinin və Maliyyə Nazirliyinin verdiyi məlumata görə, hökumət AZAL-ın dövlət büdcəsindən asılılığını azaltmaq üçün Naxçıvan MR-na uçuşların subsidiyalaşdırılmasının yeni mexanizmi üzərində işləyir.
Dövriyyənin 43,8% azaldığı 2020-2021-ci illərdə, pandemiya dövrü istisna olmaqla, 2018-2022-ci illərdə AZAL-ın dövriyyəsində də artım tendensiyası özünü göstərib. Buna cavab olaraq, 2020-ci ilin dövlət büdcəsindən AZAL-a ayrılan subsidiyanın məbləği 136,5 mln. ABŞ dolları təşkil etmişdir.9 Dövlət maliyyə dəstəyi sonrakı illərdə də davam etmiş, 2021-ci ildə 58,2 mln. ABŞ dolları, 2022-ci ildə isə 64 mln. ABŞ dolları təşkil etmişdir.
Pandemiyadan sonra hava hərəkəti bərpa olunsa da, quru (avtomobil, dəmir yolu) və dəniz sərhədi marşrutlarının davamlı olaraq bağlanması AZAL-ın maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. 2022-ci ildə onun dövriyyəsi 2021-ci ilə nisbətən 113%, "EBITDA" göstəricisi 179% artmış, 39,7 mln. ABŞ dolları itki 65,1 mln. ABŞ dolları xalis mənfəətlə əvəz edilmişdir.
Cədvəl 2.4. AZAL-ın əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.4. AZAL-ın əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
561,9 |
593,2 |
333,7 |
347,4 |
740,4 |
|
EBITDA |
65,9 |
116,5 |
98,2 |
81,2 |
226,5 |
|
Xalis mənfəət |
-89.0 |
-46.4 |
-45.0 |
-39.7 |
65,1 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
0,6 |
2 |
- |
- |
- |
|
Aktivlərin cəmi |
1 201.8 |
1 225.7 |
1 163.6 |
1 157.8 |
1 318.4 |
|
Kapital dəyəri |
-367.1 |
-420.6 |
-458.2 |
-523.5 |
-454.2 |
|
Cəmi cari öhdəliklər |
303,8 |
466,5 |
659,7 |
843,2 |
995,9 |
|
Uzunmüddətli öhdəliklər |
1 265 |
1 179.9 |
962,6 |
838,2 |
776,8 |
|
Aktivlərin rentabelliyi, % |
-7.4 |
-3.8 |
-3.9 |
-3.4 |
4,9 |
|
Kapitalın rentabelliyi, % |
-24.3 |
11,0 |
9,8 |
76,5 |
-14.6 |
|
Borcun kapitala nisbəti |
(4.3) |
(3.9) |
(3.5) |
(3.2) |
(3.9) |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən əldə edilmişdir, lakin Hesablama Palatasının məlumatları fərqlidir, məsələn aktivlərin cəmi və kapitalın dəyəri barədə.
Mənbə: AZAL-ın 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları, AİH-in məlumatları
Korporativ idarəetmə
AZAL 2021-ci ildən AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2500 saylı Sərəncamı). Müşahidə Şurasının tərkibi 2021-ci ildə üç il müddətinə təyin edilən yeddi üzvdən ibarət olmaqla təsdiq edilmişdir (bax: Əlavə B). AZAL hazırda 2008-ci ildə qəbul edilmiş və 2021-ci ildə dəyişikliklər edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. Hazırda AİH tərəfindən yeni nizamnamə nəzərdən keçirilir.
2.3.2. "Azərbaycan Dəmir Yolları" QSC
Qısa icmal
"Azərbaycan Dəmir Yolları" (ADY) 2010-cu ildə korporativləşdirilmiş 100% dövlət müəssisəsidir10, əvvəllər heç bir fərqli təşkilati-hüquqi formaya malik olmayan dövlət şirkəti kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarəti altında fəaliyyət göstərirdi. Qanunvericilik aktının yaradılmasında göstərilən əsaslandırma “müasir tələblərə cavab verən infrastrukturun yaradılması, yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları üzrə yükdaşımaların rəqabət qabiliyyətinin artırılması” olmuşdur.11 ADY dəmir yolu ilə yük, sərnişin, poçt və digər yüklərin daşınmasını həyata keçirən dövlət şirkətidir.
2022-ci ildə ADY 18,7 mln. ton yük daşıyıb ki, bunun da 7,8 mln. tonu beynəlxalq, 7,5 mln. tonu tranzit, 3,5 mln. tonu isə ölkədaxili yüklərin payına düşür. AİH-in verdiyi məlumata əsasən, 2023-cü ilin dekabr ayında ADY-də çalışan işçilərin sayı 15 575 nəfər olmuşdur.
Müəssisənin icraçı rəhbərlərinin Qiymətləndirmə heyətinə verdiyi məlumata əsasən, müəssisənin ictimai siyasət məqsədləri həftəlik keçirilən İdarə Heyətinin müntəzəm iclaslarında qəbul edilir. Onların xidmətləri üçün qiymət strategiyaları Tranzit Komissiyası tərəfindən idarə olunan hərtərəfli təsdiqləmə prosesi vasitəsilə qəbul edilir. Qeyd edilməlidir ki, xüsusi marşrutların endirimli tariflərlə işləməsi müəyyən edilmişdir. Sərnişin daşımaları sektoru özünəməxsus çətinliklərlə üzləşir, belə ki bu sektor mənfəət gətirmək əvəzinə, çox vaxt kəsirlə işləyir. AİH-in verdiyi məlumata görə, hökumət bu itkiləri ödəmir. Əvəzində sərnişin daşınmasından yaranan itkilər yük daşımalarından əldə edilən gəlirlərlə kompensasiya olunur.
Bu tənzimləmə ictimai xidmət sazişi ilə rəsmiləşdiriləcək. Onun hələ də Maliyyə Nazirliyi ilə razılaşdırma mərhələsində olduğu bildirilir. Tarixi keçmişin qalığı kimi, DM 22 tibb mərkəzi şəbəkəsinə nəzarət də daxil olmaqla bir sıra əsas olmayan təsərrüfat subyektlərini idarə edir. Bu səhiyyə müəssisələri ilə bağlı xərclər dövlət subsidiyaları ilə dəstəklənir və bu xəstəxanalara nəzarəti Səhiyyə Nazirliyinə ötürmək üçün davamlı işlər görülür və rəsmi sənədlər baxılmaq üçün Baş nazirə təqdim edilmişdir. Bundan əlavə, şirkət 5000 su təchizatı operatoru və yüksək sürətli internet provayderini idarə edir.
Maliyyə göstəriciləri
2018-2022-ci illərdə ADY-nin dövriyyəsi 52,6% artaraq 353,8 mln. ABŞ dolları təşkil etmişdir. Aşağıdakı Cədvəl 2.5-də göstərildiyi kimi, COVID-19 müəssisənin dövriyyəsinə ciddi təsir göstərməyib və post-pandemiya dövrü də şirkətin xalis mənfəətinə müsbət təsir göstərmişdir. Şirkət 2020-ci ildəki 284,8 ABŞ dolları məbləğində zərəri 2021-ci ildə 15,3 mln. ABŞ dolları, 2022-ci ildə isə 50,7 mln. ABŞ dolları məbləğində mənfəətə çevirə bilib.
2019-cu ildə müəssisə 248,8 mln. ABŞ dolları həcmində kapital çatışmazlığı ilə üzləşib. Sonrakı illərdə kapital çatışmazlığını aradan qaldıran şirkət kapitalın ümumi həcmini 1,1 milyard ABŞ dollarına çatdıra bilmişdir. 2020-ci ildə ADY-nin nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 23,8 mln. ABŞ dolları ayrılmışdır (Government of Azerbaijan, 2021[3]).
Cədvəl 2.5. "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.5. "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
238,8 |
238,8 |
248,4 |
287,6 |
353,8 |
|
EBITDA |
47,1 |
42,4 |
-92.4 |
24,1 |
104,7 |
|
Xalis mənfəət |
-218.5 |
-134.4 |
-284.8 |
15,3 |
50,7 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
0,5 |
0,2 |
1,5 |
0,9 |
0.7 |
|
Aktivlərin cəmi |
2 502.3 |
1 503.5 |
1 786.4 |
2 148.5 |
2 512.7 |
|
Kapital dəyəri |
715,5 |
-248.8 |
109,2 |
541,2 |
1 074.7 |
|
Cəmi cari öhdəliklər |
302,5 |
250,2 |
470,3 |
544,7 |
580,6 |
|
Uzunmüddətli öhdəliklər |
1 484.4 |
1 502.1 |
1 207.0 |
1 062.6 |
857,4 |
|
Aktivlərin rentabelliyi, % |
-8.7 |
-8.9 |
-15.9 |
0.7 |
2,0 |
|
Kapitalın rentabelliyi, % |
-30.6 |
54,0 |
-260.8 |
2,8 |
4,7 |
|
Borcun kapitala nisbəti |
2,5 |
(7.0) |
15,4 |
3,0 |
1,3 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən götürülmüş və onların doğruluğu Hesablama Palatasının Hesabatları ilə təsdiq edilmişdir. 2022-ci il üçün "EBITDA"-nın yoxlanılmadığı ehtimal edilə bilər. 2022-ci il üzrə Maliyyə Hesabatına əsasən (səh. 7), kapitalın dəyəri 1074.7 olmuşdur (https://corp.ady.az/storage/pages/1884/maliyye-hesabatlari-2022-1.pdf).
Mənbə: "Azərbaycan Dəmir Yolları" QSC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Korporativ idarəetmə
"Azərbaycan Dəmir Yolları" QSC 2021-ci ildən AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2500 saylı Sərəncamı). Həmin il (Prezidentin 2552/ 2021 saylı Fərmanı) səlahiyyət müddəti üç il (yenilənən) olan beş üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır (bax: Əlavə B). ADY-nin yeni nizamnaməsi hələ AİH tərəfindən təsdiqlənmədiyi üçün 2010-cu ildə təsdiq edilmiş nizamnamə hələ də qüvvədədir.
2.3.3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC
Qısa icmal
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2013-cü ildə ölkənin iki ən böyük donanmasının – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi yolu ilə yaradılmışdır. ASCO dəniz dəstəyi xidmətini, ticarət donanmasını və iki gəmiqayırma zavodunu özündə birləşdirir. Müəssisə, Prezidentin 2023-cü ilin avqust ayında imzaladığı Fərman ilə özəlləşdirməyə namizəd kimi müəyyən edilmişdir. İdarə Heyəti və AİH bunun üçün hazırlıq işləri görür.
Maliyyə göstəriciləri
Cədvəl 2.6. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.6. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
266 |
281,9 |
247,7 |
270,1 |
335,3 |
|
EBITDA |
81,8 |
100,6 |
81,8 |
88,2 |
111,8 |
|
Xalis mənfəət |
30,9 |
37,6 |
26,5 |
30,5 |
38,5 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
71,8 |
- |
2,9 |
5,9 |
|
Vergilər (gəlir vergisi) |
5,9 |
8,2 |
10,6 |
3.5 |
7,6 |
|
Aktivlərin cəmi |
703,6 |
713,1 |
743,1 |
759,5 |
785,5 |
|
Kapital dəyəri |
582,9 |
574,9 |
607,3 |
640,1 |
690,41 |
|
Cəmi cari öhdəliklər |
79,7 |
112,2 |
109,6 |
89,9 |
64,7 |
|
Uzunmüddətli öhdəliklər |
40,9 |
26,0 |
26,3 |
29,4 |
30,0 |
|
Aktivlərin rentabelliyi, % |
4,4 |
5,3 |
3,6 |
4.0 |
4,9 |
|
Kapitalın rentabelliyi, % |
5,3 |
6,5 |
4,4 |
4,8 |
5,6 |
|
Borcun kapitala nisbəti |
0,2 |
0,2 |
0,2 |
0,2 |
0,1 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən götürülmüş və onların doğruluğu Hesablama Palatasının Hesabatları ilə təsdiq edilmişdir. 2022-ci il üçün "EBITDA"-nın yoxlanılmadığı ehtimal edilə bilər.
Mənbə: "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Müəssisənin balans hesabatı göstərir ki, 2018-2022-ci illərdə heç bir maliyyə geriləməsi baş verməmişdir. Aktivləri 11,6% artan müəsissə, öhdəliklərin payı 17,2%-dən 12,1%-ə enməklə, məcmu kapitalın artması (18,4%) hesabına məcmu öhdəliklərini (21,1%) ləğv etmişdir. Bunun nəticəsində borcun kapitala nisbəti aşağı səviyyədə qalmış və 2022-ci ildə bir qədər azalmışdır. Digər çəkən məqam ondan ibarətdir ki, 2019-2022-ci illərdə digər PŞ-lərdən fərqli olaraq, ASCO-nun uzunmüddətli öhdəliklərində artım müşahidə olunmuş və onun məcmu öhdəliklərdəki payı 18,8%-dən 31,5%-ə yüksəlmişdir.
Hesabat dövründə aktivlərin rentabelliyi 4,4%-dən 4,9%-ə, kapitalın rentabelliyi isə 5,3%-dən 5,6%-ə yüksəlmişdir. Yalnız bir neçə PŞ-dən biri kimi ASCO BFB-nin “premium bazar seqmentində” korporativ istiqrazlar buraxmışdır. 2022-ci ilin dekabrında onun ilk buraxılışı zamanı ümumi nominal dəyər 100 mln. ABŞ dolları olmuşdur.12 Bunun ardınca, 2023-cü ilin dekabrında ümumi nominal dəyəri 50 mln. ABŞ dolları olan istiqrazların ikinci buraxılışı həyata keçirilmişdir.13
Korporativ idarəetmə
Şirkət 2020-ci ildə AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2293 saylı Sərəncamı). 2021-ci ildə səlahiyyət müddəti üç il olan (yenilənə bilən) beş üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır (Əlavə B). ASCO-nun yeni nizamnaməsi AİH tərəfindən 2022-ci ildə təsdiq edilmişdir. Nizamnamənin 7-ci maddəsinə əsasən, idarəetməni İdarə Heyəti həyata keçirir, onun üzvləri Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurası yeddi üzvdən - sədr, sədrin birinci müavini və beş sədr müavinindən ibarətdir. Şura üzvlərinin səlahiyyət müddəti üç ildir və onlar növbəti müddətə yenidən təyin oluna bilərlər.
Sahəvi reqlamentlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir, korporativ idarəetmə standartları və şirkətin nizamnaməsi isə AİH tərəfindən təsdiqlənir. Nizamnaməyə əsasən, Ümumi Yığıncağın səlahiyyətlərinə aid olmayan məsələlər üzrə qərarlar AİH tərəfindən qəbul edilir. AİH ilə birgə, səhmdarların Ümumi Yığıncağı daxili satınalma qaydalarının hazırlanması prosesində iştirak edir. Qaydalar AİH tərəfindən hazırlanmış və ASCO-nun Müşahidə Şurası tərəfindən 2023-cü ilin noyabrında təsdiq edilmişdir. 2014-cü ildən etibarən şirkət MHBS-ə uyğun hesabatlar hazırlayır.
2.3.4. "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC
Qısa icmal
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı kimi də tanınır) Azərbaycanın şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizləri üzrə yüklərin qəbulu və daşınmasında həlledici əhəmiyyətə malikdir. Xəzər dənizinin ən böyük limanı olan Bakı limanının 13 yanalma körpüsü var və onun ötürmə qabiliyyəti ildə 15 mln. ton, o cümlədən 100000 TEU14 konteynerdir. Tikintinin ikinci mərhələsinin başa çatması ilə limanın tutumu 25 mln. tona, o cümlədən 500000 TEU konteynerə çatdırılacaq (Port of Baku, 2023[8]). Azərbaycanda kommersiya təyinatlı və ya texniki xidmət üçün istifadə edilən əlavə beş özəl liman vardır ki, onların biri ASCO-ya məxsusdur.
Müəssisə rəhbərlərinin verdiyi məlumata görə, Bakı Limanı Azərbaycanda nəqliyyat və logistika mübadilə mərkəzinin yaradılması istiqamətində geniş transformasiya planlarına malikdir. Rəhbərlik daha sonra tullantısız iqlim strategiyasının həyata keçirilməsi ilə Bakı şəhəri yaxınlığında ilk yaşıl limanın yaradılmasını planlaşdırır.
Maliyyə göstəriciləri
2018-2022-ci illərdə limanın illik dövriyyəsi üç dəfədən çox artaraq 29,5 mln. ABŞ dollarına çatmışdır. 2020-ci ildə 1,6 mln. ABŞ dolları zərər qeydə alınmış, 2021-ci ildə isə 1,7 mln. ABŞ dolları xalis mənfəət əldə edilmiş, 2022-ci ildə isə mənfəət 3 dəfədən çox artaraq 5,9 mln. ABŞ dollarına çatmışdır. Limanın öhdəliklərinin təhlili göstərir ki, 2018-22-ci illərdə onun məcmu öhdəliklərindəki payı artsa da, ümumilikdə minimal səviyyədə olmuşdur. Belə ki, borcların cəminin öhdəliklərdəki payı 2018-ci ildə 3,6% olduğu halda, 2022-ci ildə 18,3%-ə yüksəlmişdir. Öhdəliklərdəki artım əsasən uzunmüddətli öhdəliklər hesabına baş vermişdir.
Cədvəl 2.7. Bakı Limanının əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.7. Bakı Limanının əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
9,4 |
10,9 |
18,5 |
24,8 |
29,5 |
|
EBITDA |
0,6 |
1,2 |
0 |
5,3 |
12,3 |
|
Xalis mənfəət |
0,5 |
0,2 |
-1.6 |
1,7 |
5,9 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
- |
- |
0,2 |
0,1 |
1,1 |
|
Aktivlərin cəmi |
52,6 |
48,0 |
49,2 |
63,2 |
98,4 |
|
Kapital dəyəri |
50,4 |
44,9 |
43,3 |
53,8 |
80,4 |
|
Cəmi cari öhdəliklər |
1,6 |
3.1 |
5,9 |
5,8 |
4,5 |
|
Uzunmüddətli öhdəliklər |
0,3 |
- |
- |
3,6 |
13,5 |
|
Aktivlərin rentabelliyi, % |
0,9 |
0,4 |
-3.3 |
2,7 |
6. |
|
Kapitalın rentabelliyi, % |
0,9 |
0,4 |
-3.8 |
3,2 |
7.3 |
|
Borcun kapitala nisbəti |
0,0 |
0,1 |
0,1 |
0,2 |
0,2 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən götürülmüş və onların doğruluğu Hesablama Palatasının Hesabatları ilə təsdiq edilmişdir.
Mənbə: Bakı Limanının 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Korporativ idarəetmə
Bakı Limanı 2020-ci ildə AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2293/2020 saylı Sərəncamı). Müəssisə AİH-ə qoşulmazdan əvvəl bəzi korporativ idarəetmə standartlarını tətbiq etməyə başlamışdır, məsələn, Şuranın yaradılması. AİH hazırda Bakı Limanı üçün spesifik fərdi korporativ idarəetmə standartlarını müəyyən etmişdir ki, onlar da AİH-in müəssisə portfelindəki digər müəssisələrin strukturuna uyğunlaşdırılmışdır.15
Prezident Bakı Limanını yenidən təşkil etmək və ləğv etmək, Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərini təyin və vəzifədən azad etmək səlahiyyətinə malikdir. Müşahidə Şurası üç üzvdən ibarətdir. Bakı Limanı 2015-ci ildə qapalı səhmdar cəmiyyətinə çevrilib və Qiymətləndirmə heyətinə verilən məlumata görə, o, 2022-ci ildə təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir. Bakı Limanı tələb olunan bütün komitələri yaratmış və audit komitəsində müstəqil İdarə Heyəti üzvləri var.
2.4. İctimai xidmətlər
Copy link to 2.4. İctimai xidmətlər2.4.1. "Bakı Metropoliteni" QSC
Qısa icmal
2014-cü ildə paytaxtın metro sisteminin tikinti-istismar bölmələri ("Bakı Metropoliteni" və “Azərtunelmetrotikinti” ASC) 100 faiz dövlətə məxsus olan vahid müəssisədə (“Bakı Metropoliteni” QSC) birləşdirilmişdir. COVID-19 pandemiyasından əvvəlki illərdə Bakı Metropolitenində illik sərnişin daşımalarının həcmi 230-236 mln. nəfər civarında qeydə alınmışdır. Bu göstərici 2020 və 2021-ci illərdə kəskin şəkildə azalmış, lakin sonra pandemiyadan əvvəlki səviyyələrə qayıtmağa başlamışdır.16 Bakı Metropolitenində 5 minə yaxın işçi çalışır. O, “Baku Bus” və “Təmiz Şəhər”lə yanaşı, AİH-in zərərlə işləyən müəssisələrindən biridir.
Müəssisə həm də metro sisteminin istismarı və tikintisinə cavabdehdir. Gediş haqqının qiyməti İqtisadiyyat Nazirliyi yanında Tarif Şurası tərəfindən müəyyən edilir. Müəssisə qeyd etmişdir ki, aldıqları subsidiya xidmətin faktiki dəyərini ödəmir.
Maliyyə göstəriciləri
Pandemiya səbəbindən müəssisənin dövriyyəsi 2020-ci ildə 54,6 mln. ABŞ dollarına, 2021-ci ildə isə 51,5 mln. ABŞ dollarına düşmüşdür. Müəssisənin dövriyyəsində dövlət büdcəsindən ayrılan subsidiyalar əhəmiyyətli payı təşkil etmişdir. Belə ki, bu pay 2020-ci ildə 34,3 mln. ABŞ dolları, 2021-ci ildə 34,3 mln. ABŞ dolları, 2022-ci ildə 33,6 mln. ABŞ dolları olmuşdur.17 Bundan əlavə, 2020-ci ildə tikinti və yenidənqurma işlərinin davam etdirilməsi üçün müəssisəyə 82,5 mln. ABŞ dolları ayrılmışdır. Maliyyə Nazirliyi sərnişindaşıma xərclərinin gediş haqqını üstələdiyi üçün Bakı Metropoliteninin açıq subsidiyalar almasına ehtiyac olduğunu qeyd etmişdir (JAM, 2023[9]). Bununla belə, Qiymətləndirmə heyətinə verilən məlumata əsasən və Hesablama Palatasının təsdiq etdiyi kimi, müəssisə bu xüsusi ictimai xidmət öhdəlikləri üçün ayrıca uçot sistemi tətbiq etmir.
2018-ci ildə EBITDA marjası 28,5% olduğu halda, 2022-ci ildə bu göstərici 19,6%-ə qədər azalmışdır. Bu, müəssisənin əməliyyat xərclərinin artdığını, gəlirliliyin və səmərəliliyin azaldığını göstərir. Dövriyyənin artmasına baxmayaraq, müəssisə 2018-ci ildən 2022-ci ilə qədər zərərlə işləmiş və bu zərər 2022-ci ildə 48,7 mln. ABŞ dollarına çatmışdır.
Cədvəl 2.8. "Bakı Metropoliteni" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.8. "Bakı Metropoliteni" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
63,9 |
72,9 |
54,6 |
51,6 |
71,9 |
|
EBITDA |
18,2 |
24,4 |
12,2 |
7,8 |
14,1 |
|
Xalis mənfəət |
-32.3 |
-32.4 |
-23 |
-40.7 |
-48.7 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
- |
- |
- |
- |
- |
|
Aktivlərin cəmi |
1 417.4 |
1 668.2 |
1 731.1 |
1 748.2 |
1 469.5 |
|
Kapital dəyəri |
1 383.8 |
1 649.3 |
1 708.7 |
1 726.4 |
1 438.9 |
|
Cəmi cari öhdəliklər |
24,2 |
13,5 |
18,5 |
17,1 |
21,2 |
|
Uzunmüddətli öhdəliklər |
9,4 |
5,4 |
4,9 |
4,3 |
9,2 |
|
Aktivlərin rentabelliyi, % |
-2.3 |
-1.9 |
-1.3 |
-2.3 |
-3.3 |
|
Kapitalın rentabelliyi, % |
-2.3 |
-2.0 |
-1.3 |
-2.4 |
-3.4 |
|
Borcun kapitala nisbəti |
0,0 |
0,0 |
0,0 |
0,0 |
0,0 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar AİH-dən götürülmüş və onların doğruluğu Hesablama Palatasının Hesabatları ilə təsdiq edilmişdir. Mənbə: "Bakı Metropoliteni" QSC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Şirkətin öhdəliklərinin strukturunun təhlili göstərir ki, onun borcları minimum səviyyədədir və əsas maliyyə mənbəyi kapitaldır. 2018-2022-ci illər arasında şirkətin məcmu kapitalının öhdəliklərdə payı 97-98% civarında dəyişmişdir. Öhdəliklərə gəlincə, qısamüddətli öhdəliklərin ümumi öhdəliklərdəki payı 70%-dən çoxdur.
Korporativ idarəetmə
"Bakı Metropoliteni" QSC 2021-ci ildə AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2500 saylı Sərəncamı). Azərbaycan Respublikasının Prezidenti müəssisəni yenidən təşkil etmək və ləğv etmək, Müşahidə Şurasının və icraçı orqanının üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətinə malikdir. 2021-ci ildə (Prezidentin 2553 saylı Fərmanı) Müşahidə Şurasının tərkibi səlahiyyət müddəti üç il (yenilənə bilən) olan beş üzvdən ibarət olmaqla təsdiq edilmişdir. Mövcud planlaşdırma çərçivəsində (Prezidentin 2549 saylı Fərmanı) AİH-ə şirkət üçün yeni nizamnamə hazırlamaq məqsədilə Bakı Metropoliteninin hüquqi, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin diaqnostik tədqiqatını aparmaq tapşırığı verilmişdir. Plan 2022-ci ildə təsdiq edilmişdir.
Şirkət bütün İdarə Heyəti komitələrini yaratmışdır. O, öz daxili satınalma siyasətini tətbiq edir. Namizədlik prosesi hələ dəqiqləşdirilməyib, lakin üzvlərin AİH tərəfindən təklif ediləcəyi və Prezident tərəfindən təsdiqlənəcəyi gözlənilir.
2.4.2. "Təmiz Şəhər" ASC
Qısa icmal
“Təmiz Şəhər” ASC 2008-ci ildə ilk növbədə Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması, utilizasiyası və zərərsizləşdirilməsi məqsədilə yaradılmışdır.1819 Müəssisənin nəznində illik tutumu 200000 ton olan bərk məişət tullantılarının çeşidlənməsi zavodu, illik gücü 500000 ton məişət tullantıları, o cümlədən 10000 ton tibbi tullantılar olmaqla, bərk məişət tullantılarının yandırılması zavodu fəaliyyət göstərir. “Təmiz Şəhər” ASC-də hazırda 611 nəfər çalışır.
Maliyyə göstəriciləri
2018-ci ildən 2022-ci ilə qədər müəssisənin dövriyyəsi 44,4% artmışdır. 2022-ci ilin sonunda “Təmiz Şəhər” ASC hələ də zərərlə fəaliyyət göstərsə də, gəlirlərin artması bu dövrdə itkiləri 19,9 mln. ABŞ dollarından 10,2 mln. ABŞ dollarına qədər azaltmışdır.
“Təmiz Şəhər” ASC tərəfindən göstərilən bir sıra xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Tarif Şurasının 2011-ci ildə qəbul etdiyi qərara əsasən, bərk məişət tullantılarının atılması tarifi 1 kubmetr üçün 1,2 manat (~0,7 ABŞ dolları) və bir ton üçün 5,5 manat (~3,25 ABŞ dolları) təşkil edir. Bununla belə, müəssisə rəhbərlərinin verdiyi məlumata əsasən, müəssisə onun xidmətlərindən istifadə edən yerli hakimiyyət orqanlarından vaxtında ödəniş almaqda çətinlik çəkir. Belə ki, ümidsiz borcların bağlanması məqsədi ilə, “Təmiz Şəhər” ASC-yə olan borcların ödənilməsi üçün yeni ödəniş qrafiki müəyyən edilmişdir. On il ərzində xidmət haqlarını eyni səviyyədə saxladıqdan sonra müəssisə qiymət strukturunda və ümumi ödəniş sistemində düzəlişlər etməyi planlaşdırır. Məsələn, nəzərdə tutulan islahatlardan biri də istehlakçıların “Təmiz Şəhər” ASC-nin xidmətlərinə görə ödənişləri birbaşa kommunal ödənişlər qismində etməsinin müəyyən edilməsidir. Bu qərar hələ də AİH-in dəstəyi və rəhbərliyi ilə Müşahidə Şurası tərəfindən nəzərdən keçirilir. Hələ ki, göstərilən xidmətlərə görə dəymiş itkilərin ödənilməsi üçün dövlət büdcəsindən hər il subsidiya ayrılır.
Cədvəl 2.9. "Təmiz şəhər" ASC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.9. "Təmiz şəhər" ASC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
2,7 |
2,6 |
2,9 |
3.3 |
3,9 |
|
EBITDA |
-11.8 |
-5.3 |
-6.5 |
-5.9 |
-5.9 |
|
Xalis mənfəət |
-19.9 |
-16.1 |
-11.3 |
-13.7 |
-10.2 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
- |
- |
- |
- |
- |
|
Aktivlərin cəmi |
47,7 |
40,4 |
40,9 |
35,3 |
39,6 |
|
Kapital dəyəri |
47,6 |
39,3 |
39,5 |
33,7 |
37,8 |
|
Cəmi cari öhdəliklər |
0,1 |
1,1 |
1.4 |
1,6 |
1,8 |
|
Uzunmüddətli öhdəliklər |
- |
- |
- |
- |
- |
|
Aktivlərin rentabelliyi, % |
-41.7 |
-39.9 |
-27.6 |
-38.8 |
-25.8 |
|
Kapitalın rentabelliyi, % |
-41.8 |
-41 |
-28.6 |
-40.7 |
-27 |
|
Borcun kapitala nisbəti |
0 |
0 |
0 |
0 |
0 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. Bu vəziyyətdə AİH məlumatları üstün hesab edilmişdir. 2020, 2021 və 2022-ci iləər üzrə rəqəmlər "Baker Tilly" tərəfindən hazırlanmış ilkin audit hesabatı layihəsindən göstürülmüşdür.
Mənbə: "Təmiz Şəhər" ASC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları, AİH-in məlumatları
Korporativ idarəetmə
“Təmiz Şəhər” ASC 2021-ci ildə Prezidentin 2908 saylı Sərəncamı ilə AİH-in nəzarətinə verilmişdir. Prezident “Təmiz Şəhər” ASC-ni yenidən təşkil etmək və ləğv etmək, Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətinə malikdir. Nizamnaməyə əsasən, İdarə Heyətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla AİH təyin edir. Bu sərəncamda, həmçinin səlahiyyət müddəti üç il (yenilənə bilən) olan üç üzvdən ibarət olmaqla Müşahidə Şurasının tərkibi təsdiq edilmişdir (Əlavə B). Yenicə qəbul edilmiş qərara (Prezidentin 2908 saylı Fərmanı) əsasən, AİH müəssisənin yeni nizamnaməsini və yeni korporativ idarəetmə standartını AİH tərəfindən təklif olunan standarta uyğun olaraq təsdiq etmişdir.
2.4.3. "Baku Bus" MMC
Qısa icmal
“Baku Bus” MMC 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmış və 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir. Cəmiyyət 25 yanvar 2021-ci il tarixində AİH-in nəzarətinə verilmişdir. 2015-2023-cü illərdə “Baku Bus” MMC Bakı şəhəri daxilində 750 milyondan çox sərnişin daşımışdır. Onun gündəlik sərnişin dövriyyəsi 350 000-dən artıqdır. “Baku Bus” MMC-nin hazırda 1 542 işçisi var. Cəmiyyətin səhmdarı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. 2022-ci ilin sonuna nizamnamə kapitalı ~18 mln. AZN (~10,6 mln. ABŞ dolları) təşkil etmişdir.
"Baku Bus" MMC-nin bazarda daha beş rəqibi olsa da, Cəmiyyət az gəlirli marşrutları saxlamaq üçün xüsusi ictimai xidmət öhdəlikləri qarşılığnda subsidiyalar alır. “Bakı Metropoliteni” QSC və “Təmiz Şəhər” ASC-dən başqa, bu Cəmiyyət hazırda AİH-in portfelinə daxil olan zərərli şirkətlərdən biridir.
Maliyyə göstəriciləri
“Baku Bus”ın illik dövriyyəsi 2018-22-ci illərdə COVID-19 pandemiyası ilə əlaqədar bir qədər azalma ilə 14,2-20,1 mln. ABŞ dolları ətrafında dəyişmişdir. Sonrakı illərdə Cəmiyyət xidmət gəlirlərinin artırılmasına nail olmuşdur. Dövlət karantin tədbirlərinin təsirini aradan qaldırmaq üçün Cəmiyyətə maliyyə dəstəyi vermişdir. Bakı Nəqliyyat Agentliyi 2020-ci ildə “Baku Bus” MMC-yə 4,4 mln. ABŞ dolları məbləğində vəsait köçürmüşdür.20
Şirkətin mənfi EBITDA göstəricisi onun əməliyyat gəlirinin əməliyyat xərclərini qarşılamaq iqtidarında olmadığını göstərir. Çünki sərnişindaşımaya tənzimlənən tarif tətbiq edilir. Tarif Şurasının qərarına əsasən, ölkə ərazisində şəhərdaxili avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tarifləri bir sərnişinə 0,40 manat müəyyən edilmişdir. Tarif Şurasının qərarına əsasən, hazırda gediş haqqı 33,3% artırılmışdır.
Hökumət “Baku Bus” MMC-nin investisiya proqramlarının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən köçürmələr həyata keçirir. Müəssisə hazırda əməliyyat xərclərini maliyyələşdirmək üçün kifayət qədər gəlir əldə etmir və beləliklə, dövlət büdcəsindən edilən köçürmələrdən asılı vəziyyətdə qalmaqda davam edir. Nazirlər Kabinetinin 92/2014 saylı qərarına əsasən, Maliyyə Nazirliyinin timsalında hökumət “infrastrukturun tikintisi və müəssisənin fəaliyyətinin təmin edilməsini maliyyələşdirməyi” öz üzərinə götürür. 183/ 2010 saylı qərarda əlavə olaraq qeyd edilir ki, bu vəsaitlər həmin müəssisələrin nizamnamə kapitalına daxil edilməlidir.
Cədvəl 2.10. "Baku Bus" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.10. "Baku Bus" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Dövriyyə |
14,2 |
19,5 |
14,3 |
16,2 |
20,1 |
|
EBITDA |
-0.8 |
0,4 |
-7.1 |
-9.8 |
-9.2 |
|
Xalis mənfəət |
-19.5 |
-15.0 |
-21.9 |
-18.6 |
-15.8 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Vergilər (gəlir vergisi) |
- |
- |
- |
- |
- |
|
Aktivlərin cəmi |
82,6 |
67,8 |
55,7 |
45,5 |
144,5 |
|
Kapital dəyəri |
19,4 |
28,5 |
32,1 |
29,4 |
134,9 |
|
Cəmi cari öhdəliklər |
24,7 |
24,7 |
23,6 |
16,1 |
9,6 |
|
Uzunmüddətli öhdəliklər |
38,5 |
14,6 |
- |
- |
- |
|
Aktivlərin rentabelliyi, % |
-23.6 |
-22.1 |
-39.3 |
-40.9 |
-10.9 |
|
Kapitalın rentabelliyi, % |
-100.5 |
-52.6 |
-68.2 |
-63.3 |
-11.7 |
|
Borcun kapitala nisbəti |
3.3 |
1.4 |
0.7 |
0,5 |
0,1 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. Uyğunsuzluqlar olduqda, AİH tərəfindən verilən məlumatlar üstün hesab olunur.
Mənbə: "Baku Bus" QSC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
“Baku Bus” MMC-nin aktivləri gəlirlərindən fərqli olaraq xeyli artmışdır. 2020-2021-ci illərdə aktivlərin həcmi azalsa da (orta illik azalma 18%), Cəmiyyət növbəti ildə itkiləri bərpa etmiş və əhəmiyyətli artıma nail olmuşdur. 2022-ci ildə onun aktivləri 218% artmışdır. 2022-ci ildə aktiv artımının əsas mənbəyi şirkətin kapitalı olmuşdur ki, 2022-ci ildə kapitalın həcmi dövlət köçürmələri hesabına 359% artaraq 134,9 mln. ABŞ dollarına çatdırılmışdır.
Cəmiyyət son beş ildə borcunu azaltmaqla öz öhdəliklərini minimuma endirmişdir. 2018-22-ci illərdə məcmu öhdəliklərin payı 76,5%-dən 6,6%-ə qədər azalmışdır. 2018-ci ildə uzunmüddətli öhdəliklərin məcmu öhdəliklərdəki payı 60,9% olduğu halda, 2022-ci ildə bu göstərici sıfıra bərabər olmuşdur ki, bu da Cəmiyyətin son illərdə uzunmüddətli borc axtarışında olmaması deməkdir. Borclanma səviyyəsinin aşağı olması Cəmiyyətin borcunun kapitala nisbətini yaxşılaşdırmışdır.
Korporativ idarəetmə
"Baku Bus" QSC 2021-ci ildən AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2500 saylı Sərəncamı). Həmin vaxtdan etibarən Prezident “Baku Bus” şirkətini yenidən təşkil etmək və ləğv etmək, Müşahidə Şurasının və icra orqanının üzvlərini təyin və vəzifədən azad etmək səlahiyyətlərinə malikdir. AİH Cəmiyyətin İdarə Heyətinin üzvlərini, o cümlədən rəhbərini vəzifəyə təyin və vəzifədən azad edir.
Müşahidə Şurası üç il müddətinə (yenilənə bilən) fəaliyyət göstərən üç üzvdən ibarətdir.21 Yeni nizamnamə və korporativ idarəetmə standartları 2022-ci ildə AİH tərəfindən təsdiq edilmişdir. Yeni nizamnamə və korporativ idarəetmə standartları Ümumi Yığıncaqda yenicə təsdiq edilmiş, daxili satınalma prosedurları isə keçən il qəbul edilmişdir.
2.5. Maliyyə institutları
Copy link to 2.5. Maliyyə institutları2.5.1. "Azərbaycan Beynəlxalq Bankı" ASC
Qısa icmal
Azərbaycan Beynəlxalq Bankı (ABB) 1992-ci ildə ASC kimi təsis edilmişdir. Bankın əsas fəaliyyəti kommersiya krediti fəaliyyəti, qiymətli kağızların ticarəti, xarici valyuta və törəmə alətlər, kreditlərin və zəmanətlərin verilməsindən ibarətdir. Azərbaycanın müxtəlif bölgələrində yerləşən 70 filialı və 11 şöbəsi vasitəsi ilə bank fərdi və korporativ müştərilərə bank xidmətləri göstərir. Bankın xidmət göstərdiyi hüquqi şəxslərin sayı 18 000-ə yaxındır və bankda 3 100 nəfərə yaxın işçi çalışır (International Bank of Azerbaijan, 2023[10]).
ABB qismən özəlləşdirilmişdir, belə ki, onun səhmlərinin 96,37%-i dövlətə məxsusdur (bu səhmlər Maliyyə Nazirliyinə (92,56%) və Əmlak Məsələləri Dövlət Komitəsinə (3,81%) aiddir). Onun sərbəst üzən səhmləri BFB-nin listinqinə daxil edilmişdir. Bankın törəmə şirkətləri hazırda fəaliyyət göstərməyən "ABB-Moscow" MMC (Rusiya Federasiyası) və "ABB-Geo" QSC-dir (Gürcüstan). 2018-ci ildə ABB "ABB-Georgia" ASC-də 25% qeyri-nəzarət payı əldə etmiş və ləğvetmə prosesinə başlamışdır, bundan sonra qurumun bank lisenziyası Gürcüstanın yerli tənzimləyici orqanı tərəfindən ləğv edilmişdir. "ABB-Georgia" bank olmayan biznes təşkilatı kimi fəaliyyətə başlamışdır.22 O, Azərbaycanda "Azericard" MMC, "Beynəlxalq Lizinq Şirkəti" MMC və "ABB-Invest" İnvestisiya Şirkətinin ana şirkətidir. Aktivlərin həcminə görə ABB Azərbaycanın ən böyük bankıdır. 1 oktyabr 2023-cü il tarixinə onun aktivlər baxımından bank sektorundakı payı 25,1% təşkil etmişdir. Bu, yerli bankların ümumi kredit portfelinin 20,2%-ni, ümumi depozit portfelinin isə 25,7%-ni təşkil edir (International Bank of Azerbaijan, 2023[10]).
ABB 2020-ci ildə Prezidentin 1174 saylı Fərmanı ilə AİH-in nəzarətinə verilmiş, lakin 1.3-də qeyd olunduğu kimi, ABB-yə nəzarət Mərkəzi Bankın öhdəliyində saxlanmışdır. ABB və Mərkəzi Bankın rəhbərliyi ilə aparılmış müsahibələrə əsasən, ABB 2015-ci ildən 2017-ci ilə qədər ilk növbədə 2015-ci ildə baş vermiş bank böhranına cavab olaraq restrukturizasiya prosesindən keçmişdir.23 Həmin vaxtdan etibarən bankın strateji qərarları onun Müşahidə Şurası tərəfindən qəbul edilir, korporativ idarəetmə standartları isə Mərkəzi Bank tərəfindən müəyyən edilir. Müşahidə Şurasının tərkibinə audit, strategiya və risk komitəsi daxildir, Qiymətləndirmə heyətinin qənaətinə görə, hələ ki, bu komitəyə müstəqil direktorlar daxil edilməmişdir.
ABB, AİH-in listinqə daxil edilmiş yeganə (qismən) Portfel şirkətidir və BFB-də korporativ istiqrazlar buraxmış azsaylı PŞ-lərdən biridir. Sonuncu dəfə onun istiqrazları 2022-ci ilin may ayında birjanın premium bazar seqmentində ümumi nominal dəyəri 20 mln. AZN olmaqla buraxılmışdır.24
Maliyyə göstəriciləri
ABB Azərbaycanın ən böyük bankıdır. 1 oktyabr 2023-cü il tarixinə onun aktivlər baxımından bank sektorundakı payı 25% təşkil etmişdir. Bu, yerli bankların ümumi kredit portfelinin 20,2%-ni, ümumi depozit portfelinin isə 25,7%-ni təşkil edir. ABB Azərbaycanın bank sektorunda ən rentabelli banklardan biri hesab olunur. 2022-ci ildə o, bank sektorunda əldə edilən xalis mənfəətin 27,8%-ni təşkil edərək xalis mənfəətinə görə ikinci ən böyük bank olmuşdur. Yüksək xalis mənfəət də bankın sahib olduğu aktivlərin rentabelliyini və kapitalın rentabelliyini artırmışdır.
2015-ci ildə ölkədə baş vermiş devalvasiya nəticəsində ABB iflas təhlükəsi ilə üz-üzə qalmışdı. Bankın idarə edilməsində və investisiya-kredit siyasətindəki boşluqlar, o cümlədən riskli investisiya layihələrinin aşağı effektivliklə maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyin azalmasına səbəb olmuşdur (Banker, 2023[11]). Bu məqsədlə 2015-ci ildə problemli aktivlərin ixtisaslaşmış quruma – “Aqrarkredit” QSC-yə verilməsi haqqında Prezident fərman imzalamışdır. Bu məqsədlə “Aqrarkredit” QSC tərəfindən dövlət zəmanəti əsasında uzunmüddətli aşağı faizli borc istiqrazlarının buraxılması və onların qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə toksik aktivlərin bərpasına başlanmışdır. 2015-2016-cı illərdə “Aqrarkredit” QSC tərəfindən buraxılan dövlət zəmanətli istiqrazların həcmi 5,9 milyard olmuşdur. Toksik aktivlərin bərpa məqsədilə “Aqrarkredit” QSC-yə verilməsi onun aktivlərinin kəskin azalması ilə nəticələnmiş və aktivlərin dəyəri 2015-2018-ci illər arasında 7,8 milyard ABŞ dollarından 4,9 milyard ABŞ dollarına düşmüşdür25. 2018-22-ci illərdə bank aktivlərinin dəyərini 71,3% artıraraq 8,3 milyard ABŞ dollarına çatdıra bilmişdir.
ABB-nin nizamnamə kapitalının artırılması üçün 2015-ci ildə 29,1 mln. ABŞ dolları, 2016-cı ildə isə 54,4 mln. ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Dövlət tərəfindən göstərilən maliyyə dəstəyi nəticəsində bankın səhmlərində dövlətin payı artmağa başlamışdır. Hökumətin payı 2015-ci ildəki 54,9%-dən 2016-cı ildə 83,14%-ə, 2017-ci ildə isə 92,65%-ə yüksəlmişdir. Dövlət payının artımı sonrakı illərdə də müşahidə edilərək 2022-ci ildə 96,6%-ə yüksəlmişdir.
Cədvəl 2.11. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.11. "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Faiz və qeyri-faiz gəlirlər |
355,9 |
365,9 |
354,7 |
350 |
482,9 |
|
Xalis mənfəət |
175,7 |
126,9 |
105,3 |
82,1 |
169,9 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
88,2 |
88,2 |
74,7 |
73,5 |
|
Vergilər (gəlir vergisi) |
- |
42,6 |
31,4 |
30,1 |
46,8 |
|
Aktivlərin cəmi |
4 867.2 |
5 495.1 |
5 414.6 |
6 913.7 |
8 339.8 |
|
Kapital dəyəri |
966,6 |
990,4 |
998,2 |
1 001.6 |
1 070.8 |
|
Məcmu öhdəliklər |
3 900.6 |
4 504.7 |
4 416.4 |
5 912.1 |
7 269 |
|
Aktivlərin rentabelliyi, % |
3,6 |
2,3 |
1,9 |
1,2 |
2,0 |
|
Kapitalın rentabelliyi, % |
18,2 |
12,8 |
10,5 |
8,2 |
15,9 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. DM-lərin dövlət büdcəsinə köçürməsi (dividendlər, vergilər) haqqında məlumatlar Hesablama Palatasının Hesabatlarından götürülmüşdür.
Mənbə: "Azərbaycan Beynəlxalq Bankı" QSC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Korporativ idarəetmə
ABB 2021-ci ildə AİH-in nəzarətinə verilmiş və yeni Müşahidə Şurası yaradılmışdır. Müşahidə Şurasının beş üzvündən üçü, o cümlədən Sədri Prezident Administrasiyasının nümayəndələridir. Strategiya və risklərin idarə edilməsi komitəsi, audit komitəsi və mükafatlandırma komitəsi də daxil olmaqla səkkiz komitə fəaliyyət göstərir və 2024-cü ilin avqust ayından sonra bankın korporativ idarəetmə, mükafatlandırma və nominasiya xidmətlərini yerinə yetirən korporativ idarəetmə komitəsi yaradılacaq.
Mərkəzi Bank tərəfindən qəbul edilən, banklara tətbiq edilən korporativ idarəetmə standartlarında əks olunan dəyişikliklərlə əlaqədar bank 2024-cü ildə nizamnaməsini yeniləməyi planlaşdırır. Müşahidə Şurası tərəfindən bankın strateji hədəfləri və missiyası əsasında 2023-2025-ci illər üçün Strateji İnkişaf Planı qəbul edilmişdir.
2.5.2. "Azər-Türk Bank" ASC
Qısa icmal
1995-ci ilin may ayında QSC kimi təsis edilmiş "Azər-Türk Bank" (ATB) Mərkəzi Bank tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir. 2005-ci ilin aprel ayında bank ASC kimi yenidən qeydiyyatdan keçmişdir. Bankın əsas fəaliyyət istiqamətləri əmanətlərin qəbulu, müştəri hesablarının aparılması, kredit və zəmanətlərin verilməsi, kassa və hesablaşma əməliyyatları, qiymətli kağızlar və valyuta mübadiləsi əməliyyatlarıdır.
Bank təsis edildiyi zaman nəzarət zərfi dövlətə məxsus deyildi. 2008-ci ildə bankın səhmlərinin 46%-i Türkiyə Respublikasının Ziraat Bankına, 46%-i bank olmayan kredit təşkilatı olan "Aqrarkredit" QSC-yə, 4%-i "Ziraat Bank International A.G."-yə, 4%-i isə "Turan Bank" ASC-yə məxsus olmuşdur. Bu səhmdar strukturu 2013-cü ilin sonuna qədər davam etmiş və bankın əməliyyatlarına "Ziraat Bank" və "NBC Aqrarkredit" birgə nəzarət etmişdir. 2014-cü ildə səhmdarların tərkibində dəyişiklik edilmiş və nəzarət paketinin bir hissəsi dövlətə verilmişdir ki, ATB-nin səhmlərinin 75%-i hazırda dövlətə (daha dəqiq desək, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) məxsusdur. Bank bildirmişdir ki, nəzarət paketini əldə etməkdə hökumətin məqsədi fəaliyyət göstərən bank sektorunu yaratmaq olmuşdur. Qalan 25% pay daha çox xarici özəl sektor subyektləri arasında bölüşdürülmüşür: 12,37%-i Ziraat Bankına, 6,55%-i "AzRe" təkrarsığorta şirkətinə, 5%-i "Qala Həyat"sığorta şirkətinə, 1,08%-i "Ziraat Bank International"-a məxsusdur (ATB, 2022[12]). ATB 1,4 milyard manat məbləğində olan aktivləri ilə Azərbaycanda aktivlərin həcminə görə ilk on bankdan biridir. .
Maliyyə göstəriciləri
ATB 2018-2022-ci illərdə faiz və qeyri-faiz gəlirləri daxil olmaqla ümumi gəlirlərini iki dəfədən çox artıraraq 32,8 mln. ABŞ dollarına çatdırmışdır. Bu müddət ərzində bankın faiz gəlirləri 109%, qeyri-faiz gəlirləri isə 191% artmışdır. Ümumi gəlirdəki artım onun xalis mənfəətinin artımına da təsirsiz ötüşməmişdir. Bankın xalis mənfəəti 2019-2021-ci illərdə azalsa da, 2022-ci ildə əhəmiyyətli dərəcədə artmışdır. 2022-ci ildə bankın xalis mənfəəti 7,1 mln. ABŞ dollarına çatmışdır.
Ümumilikdə 2018-2022-ci illərdə ATB-nin aktivlərinin artımı 163% təşkil etmişdir. Bu müddət ərzində aktivlər 215,8 mln. ABŞ dollarından 568,2 mln. ABŞ dollarına qədər artmışdır. 2022-ci ilin sonuna olan məlumata əsasən, bank aktivlərinin həcminə görə 26 bank arasında 8-ci yerdə qərarlaşmışdır. Aktivlərin artmasına səbəb bankın məcmu öhdəliklərinin artmasıdır. Son beş ildə bankın öhdəlikləri üç dəfə artmışdır. Bu dövr ərzində məcmu öhdəliklərin bankın öhdəliklərindəki payı 85,9%-dən 93,3%-ə yüksəlmişdir.
Cədvəl 2.12. "Azər Türk Bank" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.12. "Azər Türk Bank" QSC-nin əsas maliyyə göstəriciləri (2018-22), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Faiz və qeyri-faiz gəlirlər |
16,5 |
20 |
18,2 |
21,2 |
39,4 |
|
Xalis mənfəət |
1,2 |
0,3 |
- |
0,3 |
7,1 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
0,5 |
0,2 |
- |
- |
- |
|
Mənfəət vergisi |
0,1 |
0,3 |
0,2 |
0,2 |
2,0 |
|
Aktivlərin cəmi |
215,8 |
203,3 |
205,8 |
241,3 |
568,2 |
|
Kapital dəyəri |
30,5 |
30,6 |
30,6 |
31,1 |
38,1 |
|
Məcmu öhdəliklər |
185,3 |
172,8 |
175,2 |
210,3 |
530,2 |
|
Aktivlərin rentabelliyi, % |
0,6 |
0,1 |
0,0 |
0,1 |
1,8 |
|
Kapitalın rentabelliyi, % |
4.1 |
0,8 |
0,1 |
1,1 |
20,6 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən açıqlanan rəqəmlər, xüsusən də faiz və qeyri-faiz gəlirləri arasında uyğunsuzluqlar ola bilər. Bu hallarda AİH-in məlumatlarına üstünlük verilir.
Mənbə: "Azər-Türk Bank" ASC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Korporativ idarəetmə
ATB 2021-ci ildə AİH-in idarəetməsinə verilmişdir. 2022-ci ildə AİH və Maliyyə Nazirliyindən ibarət Müşahidə Şurası yaradılmışdır. Hazırda Müşahidə Şurasının üç üzvü var ki, onlardan biri qadındır. Yeddi komitə, o cümlədən strategiya və investisiyalar komitəsi və audit komitəsi fəaliyyət göstərir. Korporativ idarəetmə komitəsi – əvvəllər təyinat və mükafatlandırma komitəsi adlanırdı – bankın korporativ idarəetmə, mükafatlandırma və nominasiya xidmətlərini yerinə yetirmək məqsədi daşıyır. Mərkəzi Bank tərəfindən qəbul edilən, banklara tətbiq edilən korporativ idarəetmə standartlarında əks olunan dəyişikliklərlə əlaqədar bank 2024-cü ildə nizamnaməsini yeniləməyi planlaşdırır.
2.5.3. “Azərsığorta” ASC
Qısa icmal
“Azərsığorta” ASC26 Dövlət Sığorta Kommersiya Şirkəti öz fəaliyyətinə 1921-ci ildə Sovet İttifaqı Maliyyə Nazirliyinin tabeliyində olan yerli Dövlət Sığorta İdarəsi kimi başlamışdır. 1991-ci ildə Maliyyə Nazirliyinin (Azersigorta, 2023[13]) tabeliyində qalmaqla, Dövlət Sığorta Kommersiya Şirkətinin varisi olan şirkət kimi yaradılmışdır. “Azərsığorta” ASC sığorta qanunvericiliyində nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını təklif etmişdir. 2023-cü ilin avqust ayına olan məlumata görə, şirkətdə 286 işçi çalışır.
Prezidentin 31 yanvar 2024-cü il tarixli Fərmanı ilə şirkətin ləğvi üçün işlər görülməyə başlanmış, Nazirlər Kabineti və AİH üzərinə öhdəliklər qoyulmuşdur. Məlumata görə, “Azərsığorta” ASC-nin rəhbərliyi şirkətin İdarə Heyətinin dəstəyi ilə ləğvetmə prosesinə rəhbərlik etmişdir. Keçidin rahat olmasını təmin etmək üçün Maliyyə Nazirliyi və AİH üzvlərindən ibarət ləğvetmə komissiyasının yaradılması nəzərdə tutulur. Maliyyə Nazirliyi bildirmişdir ki, “Yüksək rəqabət mühiti ilə səciyyələnən daxili sığorta bazarında “Azərsığorta” ASC-nin xüsusi çəkisi özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmadığı üçün azalmış, gəlirli əməliyyatların aparılmasını mümkünsüz etmiş, nəticədə Cəmiyyətin təsisçisi olan dövlətin maliyyə itkisi riskləri artmışdır”. 27
Ləğv prosesinin bir hissəsi kimi “Azərsığorta” ASC-nin kreditorlarına şirkətə qarşı iddialarını bildirmək üçün minimum 60 gün müddət veriləcək. Bu müddət kreditorlara öz tələblərini təmin etmək imkanı verilir və beləliklə, ləğvetmə prosesində onların maraqlarının qorunması təmin edilir.
Maliyyə göstəriciləri
2018-ci ildən etibarən şirkətin sığorta bazarında mövqeyi zəifləmişdir. Sığorta haqlarının toplanması səviyyəsi 62,1% azalaraq 25,5 mln. ABŞ dollarından 9,7 mln. ABŞ dollarına düşmüşdür. Azərsığorta 4-cü yerdən 11-ci yerə enmişdir (2018-ci ildən 2022-ci ilə qədər). Bu müddət ərzində onun sığorta haqları bazarındakı payı 6%-dən 1,7%-ə düşmüşdür.
Sığorta haqlarının yığılmasının azalması və sığorta hadisələri üzrə mübahisələrin həll edilməsi şirkətin ümumi gəlirinə və xalis mənfəətinə mənfi təsir göstərmişdir. 2018-ci ildə şirkət 25,5 mln. ABŞ dolları məbləğində premiya yığımı ilə müqayisədə 8,7 mln. ABŞ dolları məbləğində iddianı həll etmişdir. Nəticə etibarilə, şirkət 2018-ci ildəki 1,7 mln. ABŞ dolları xalis mənfəətindən 2021-ci ildə 17,3 mln. ABŞ dolları zərərə düşsə də, 2022-ci ildə yenidən 1,4 mln. ABŞ dolları məbləğində mənfəət əldə edib. Şirkətin gəliri 2021-ci ildəki 34,8 mln. ABŞ dollarından 2022-ci ildə 10,3 mln. ABŞ dollarına qədər azalıb. Şirkətin sığorta haqqı yığımı 2022-ci ildə nisbətən yaxşılaşmışdır. Mərkəzi Bankın verdiyi məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında şirkətin sığorta haqlarının toplanması (12,9 mln. ABŞ dolları) iddia ödənişlərini (5,9 mln. ABŞ dolları) üstələmişdir.
Cədvəl 2.13. “Azərsığorta” ASC-nin əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları
Copy link to Cədvəl 2.13. “Azərsığorta” ASC-nin əsas maliyyə göstəriciləri (2018-2022), mln. ABŞ dolları|
2018 |
2019 |
2020 |
2021 |
2022 |
|
|---|---|---|---|---|---|
|
Gəlirlər |
30,3 |
33,5 |
48,3 |
34,8 |
10,3 |
|
Xalis mənfəət |
1,7 |
0,9 |
1,1 |
-17.3 |
1.4 |
|
Ümumi yazılı premiyalar |
25,5 |
29,2 |
32,8 |
31,8 |
9,7 |
|
Dividendlər və səhmdarlara ödənişlər |
- |
- |
- |
- |
- |
|
Mənfəət vergisi |
0,6 |
0,2 |
- |
- |
- |
|
Aktivlərin cəmi |
16,0 |
21,0 |
32,1 |
21,2 |
10,3 |
|
Kapital dəyəri |
8,9 |
10,4 |
11,0 |
-6.6 |
-5.2 |
|
Məcmu öhdəliklər |
7,1 |
10,6 |
21,0 |
27,9 |
15,5 |
|
Uzunmüddətli öhdəliklər |
6,8 |
10,6 |
20,9 |
26,4 |
14,2 |
|
Aktivlərin rentabelliyi, % |
10,6 |
4,3 |
3,4 |
-81.6 |
8,9 |
|
Kapitalın rentabelliyi, % |
19,1 |
8,7 |
10 |
-262.1 |
-32.7 |
Qeyd: Şirkətlər və Azərbaycanın Respublikasının səlahiyyətli orqanları tərəfindən verilən rəqəmlər arasında uyğunsuzluqlar ola bilər. Hesablama Palatası şirkət tərəfindən dividendlərin ödənilməsi ilə bağlı məlumatları dərc etməmişdir.
Mənbə: "Azərsığorta" ASC-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları, Hesablama Palatasının Hesabatları.
Korporativ idarəetmə
"Azərsığorta" ASC 2021-ci ildən AİH-in idarəetməsinə verilmişdir (Prezidentin 2500 saylı Sərəncamı). Daha sonra Prezidentə AİH-in fəaliyyətinə uyğun olaraq “Azərsığorta” ASC-nin yenidən təşkili və ləğvi, Müşahidə Şurasının və icra orqanının üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti verilmişdir. 2022-ci ildə Prezidentin 3370 saylı Sərəncamı ilə səlahiyyət müddəti üç il olan (bərpa olunan) üç üzvdən ibarət Müşahidə Şurası yaradılmışdır.28
References
[6] Aliyev, S. (2020), SOCAR: Big Problems at the Largest Company in Azerbaijan, https://bakuresearchinstitute.org/en/socar-big-problems-at-the-largest-company-in-azerbaijan-2/.
[12] ATB (2022), Audit report, https://atb.az/wp-content/uploads/2023/08/audit-report-2022.pdf.
[1] Azerbaijan Investment Holding (2020), The list of state-owned companies to be managed by AIH was approved, https://aih.gov.az/media/news/the-list-of-state-owned-companies-to-be-managed-by-aih-was-approved.
[13] Azersigorta (2023), About us, https://www.azersigorta.az/en/about/about-company/.
[11] Banker (2023), Daşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının dəyişdirilməsi qərarına münasibət bildirib, https://banker.az/dasiyici-sirk%C9%99tl%C9%99r-avtobuslarda-gedis-haqlarinin-d%C9%99yisdirilm%C9%99si-q%C9%99rarina-munasib%C9%99t-bildirib/.
[4] Fitch (2023), Fitch Affirms SOCAR at BB+, https://www.fitchratings.com/research/corporate-finance/fitch-affirms-socar-at-bb-outlook-positive-24-10-2023#:~:text=Fitch%20Ratings%20%2D%20Warsaw%20%2D%2024%20Oct,Recovery%20Rating%20is%20%27RR4%27.
[3] Government of Azerbaijan (2021), AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI, https://e-qanun.az/framework/46718.
[10] International Bank of Azerbaijan (2023), About us, https://abb-bank.az/en/haqqimizda/missiya-ve-strateji-baxis.
[9] JAM (2023), Government preparing to raise Baku metro fares?, https://jam-news.net/baku-metro-fares/.
[5] Moody’s (2023), Moody’s affirms SOCARs Ba1 CFR upgrades its BCA to ba2, maintains stable outlook, https://www.moodys./research/Moodys-affirms-SOCARs-Ba1-CFR-upgrades-its-BCA-to-ba2--PR_480013?cy=tur&lang=tr.
[8] Port of Baku (2023), Limanın inkişafı, https://portofbaku.com/Ourport/PortDevelopment.
[2] SOCAR (2023), Business Units, https://www.socar.az/en/page/business-units.
[7] SOCAR (2022), Financial Reports 2018-2022, https://socar.az/en/page/financial-reports.
Qeydlər
Copy link to Qeydlər← 1. Ləğv edilməsi nəzərdə tutulur.
← 2. “Azərikimya” İB həm istehsalat birliyi, həm də zavoddur (petchem).
← 3. 1. BNEZ; 2. "Azerkimya"; 3. "Polymer" 4. "STAR"; 5. "Petkim"; 6. "Karbamid"; 7. "Metanol"; 8. Qaz emalı zavodu.
← 4. SOCAR-ın tabeliyində ümumilikdə 107 müəssisə var. Bəzi birgə müəssisələr hesaba alınmır, belə ki, bəzi qruplar bir müəssisə hesab edilir. Məsələn, SOCAR-ın törəmə müəssisəsi olan SOCAR-Türkiyə bir qurum kimi hesaba alınır, lakin onun birgə müəssisəsi "STAR" isə ayrıca hesaba alınmır. Ümumilikdə 107 müəssisənin tərkibində 16 birgə müəssisə fəaliyyət göstərir.
← 5. https://www.bfb.az/en/news/an-auction-on-placement-of-socar-bonds-was-held-at-baku-stock-exchange.
← 6. Şirkətin əsas məqsədi qara və əlvan metal filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə edilməsi, o cümlədən bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə ilə məşğul olan, habelə bu sənaye sahəsinin inkişafı ilə bağlı digər fəaliyyətləri yerinə yetirməkdir.
← 7. https://www.bfb.az/en/news/bonds-of-azergold-have-been-listed
← 8. Yerli xəbər mənbəyinin verdiyi məlumata görə, “AzerGold” QSC-nin icraçı rəhbərləri 2022-ci il dövlət büdcəsinə 20,5 mln. AZN ödəmək niyyətində olduqlarını bildirmişlər.
← 9. Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair https://sai.gov.az/files/2020-İcra-Rəy%20(3)-188749903.pdf hesabatında 126,58 mln. ABŞ dolları qeyd edilir.
← 10. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Prezidentin 383/ 2009 saylı Fərmanına əsasən
← 12. https://www.bfb.az/en/news/the-bonds-of-the-azerbaijan-caspian-shipping-company-were-listed-on-the-baku-stock-exchange-in-the-premium-segment
← 13. https://www.bfb.az/en/news/the-bonds-of-the-azerbaijan-caspian-shipping-company-were-listed-on-the-baku-stock-exchange-in-the-premium-segment-1
← 14. İyirmi fut ekvivalent vahidi
← 15. 1.3.2-ci bölməyə istinad edilir.
← 16. İllik sərnişin sayı: 2018 - 231 mln.; 2019 - 236,6 mln.; 2020 - 74,7 mln.; 2021- 90,2 mln.; 2022 - 208.7 mln. (müəssisə tərəfindən bildirilmişdir).
← 17. Hesablama Palatası və Maliyyə Nazirliyi 2021 və 2022-ci illər üçün subsidiyaları 23,1 mln. ABŞ dolları və 30,5 mln. ABŞ dolları məbləğində qeyd edir.
← 18. “Təmiz Şəhər” ASC-nin nizamnaməsinə uyğun olaraq, onun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: (1) məişət tullantılarının atılması, təkrar emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması; (2) tullantıların saxlanması, utilizasiyası və zərərsizləşdirilməsi, obyektlərin layihələndirilməsi və tikintisi; (3) tullantıların utilizasiyası və zərərsizləşdirilməsi üçün aktivlərin idarə edilməsi, istismarı və saxlanması; və (4) tullantıların utilizasiyası və zərərsizləşdirilməsi sahələrinin inkişafı və yenidən qurulması, yeni avadanlıq və texnologiyaların tətbiqi (maddə 3.2).
← 19. Azərbaycan Respublikası Prezidentinin 2983 nömrəli “Tullantıların idarə olunmasının təkmilləşdirilməsi haqqında” Fərmanının 2-ci maddəsi (https://e-qanun.az/framework/15230) "Təmiz Şəhər" ASC-nin ölkənin müəyyən edilmiş ərazilərində göstərdiyi xidmətlərin növünü tənzimləyir
← 20. Hesablama Palatasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında hesabatı.
← 21. Əlavə B-yə istinad edilir.
← 22. ABB-nin 2018-ci il üçün Konsolidə Edilmiş Maliyyə Hesabatları. https://abb-bank.az/storage/uploads/files/1600257880_ifrs-2018-2-eng.pdf
← 23. Bax: 1-ci fəsil
← 25. ABB-nin 2018-2022-ci illər üzrə Maliyyə Hesabatları.
← 26. Şirkətin adının düzgün yazılışı bu cürdür: "Azərsığorta"
← 27. https://apa.az/finance/maliyye-nazirliyi-ve-aih-azersigortanin-legvi-ile-bagli-birge-melumat-yayib-817467
← 28. Bax: Əlavə B